Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2017

Əgər camaat o iki vəzifəni tərk etsə...

Zəif insanların haqqını onların güclülərindən alınmasında süstlük göstərən millət heç vaxt pak...
Əgər onlar (əmr be məruf və nəhy əz münkər) olmasa, sizin ən şər adamlarınız sizə hökmranlıq edər və ən xeyirli adamlarınızın nifrini qəbul olmaz. Rəsuli-Əkrəm (s) buyurub: “Mənim ümmətim bu iki vəzifəni bir-birlərinin öhdəsinə atsa, ilahi əzabın gəlməsinə hazır olsun.”
İmam Rza (ə)

Əgər camaat o iki vəzifəni tərk etsə, Allah-təalanın çox çətin əzabı ilə üzləşəcək və Allah yaxşıları da pislərin arasında həlak edəcək. Keçmiş zamanda yaşayanların da əzab və həlakı onların günah arxasınca getməsi ucbatından idi. Alimlər və abidlər isə bunun qarşısını almırdılar.
Həzrət Əli (ə)

Bilin və agah olun! Mütləq sizin ağsaqqallarınız və bilikliləriniz (öyüd-nəsihət baxımından) nadan və rəyasət tələb edənlərə diqqət yetirsin, əks təqdirdə mənim nifrinim sizin hamınızı bürüyəcək!
İmam Cəfər Sadiqin (ə) xəbərdarlığı

Hər kəs moizə etmək və ilahi əzabla qorxutmaq üçün zalım bir hökmdarın hüzuruna getsə, insanların və cinlərin xeyir əməlləri və gördükləri savab işlər qədər savab ona əta olunar.
İmam Məhəmməd Baqir (ə)

Zəif insanların haqqını onların güclülərindən alınmasında süstlük göstərən millət heç vaxt pak və eyblərdən uzaq olmaz.
İmam Cəfər Sadiq (ə)

Necə olacaq o millətin halı ki, qadınları fəsad törədən, cavanları fasiq olduqları halda əmr be məruf və nəhy əz münkər etmirlər?
İmam Cəfər Sadiq (ə)


3466 بازدید
در حال ارسال اطلاعات...