Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2017

XƏSİSLİK

Allah razılığının ziddinə olan var-dövləti şeytan və nəfs istəyinə uyğun xərcləmək böyük günahdır
Allah-Taalanın maddi və mənəvi nemətlərindən faydalanan insanın bu nemətlərdən sədəqə zəkat verməkdə xəsislik göstərməsi çox çirkin bir sifətdir. Var-dövlət Allah-Taalanın insana verdiyi əmanətdir. İnsan bu əmanətdən özü üçün istifadə etməli və artıq qalan hissəsini ehtiyacı olanlara verməlidir. İnsan ixtiyarına verilmiş mülkü mülk sahibinin istəyinə uyğun sərf etməlidir. Əgər bir şəxs başqasının əmanətini öz nəfsinin istəyinə uyğun sərf edərsə sözsüz ki, cəzalandırılmalıdır.
Allah razılığının ziddinə olan var-dövləti şeytan və nəfs istəyinə uyğun xərcləmək böyük günahdır və bu günahın ağır əzabı vardır. Xəsislik şeytani bir sifətdir və bu sifətə malik olan insan ayə və rəvayətlərdə əzaba layiq bilinir. «Nisa» surəsinin 37-ci ayəsində buyurulur: «O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədərlər. Biz (belə) kafirlər üçün rüsvayedici əzab hazırlamışıq.»
İslam Peyğəmbəri (s) buyurur: «Behişt minnət qoyana, xəsisə və söz gəzdirənə haramdır». («Vəsailüş-şiə», 9-cu cild, səh-452.)
Həzrət Əli (ə) eşitdi ki, bir kişi belə deyir: «Xəsis zalıma nisbətən üzürlüdür». Həzrət (ə) buyurdu: «Yalan deyirsən, zalım tövbə edər, Allahdan bağışlanma diləyər və xalqın haqqını qaytarar. Xəsis isə xəsislik edib zəkatı, sədəqəni sileye-rəhimi, qonağın qəbulunu, Allah yolunda xərcləməyi, xeyir işləri tərk edər və behişt ona haram olar». («Biharul-ənvar», 70-ci cild, səh-302.)
İslam Peyğəmbəri (s) buyurur: «Müsəlmanda iki xislət olmaz: xəsislik və pis əxlaq». («Biharul-ənvar», 70-ci cild, səh-301.)
İmam Sadiq (ə) buyurur: «Əgər Allah yolunda sərf olunmuş bir malın əvəzi Allah-Taala tərəfindən veriləcəksə, xəsisliyin mənası nədir?!» («Biharul-ənvar», 70-ci cild, səh-300.) Həzrət Musa ibn Cəfər (ə) buyurur: «Xəsis o şəxsdir ki, Allahın ona vacib etdiyini yerinə yetirməkdə xəsislik göstərir». («Kafi», 4-cü cild, səh-45.)
İslam Peyğəmbəri (s) buyurmuşdur: «Səxavətli şəxs Allaha, xalqa və behiştə yaxındır. Xəsis şəxs isə Allahdan, xalqdan və behiştdən uzaqdır».


4140 بازدید
در حال ارسال اطلاعات...