Ramazan, Quranın nazil olduğu ay
Bu ay, oruc ayıdır, Quranın nazil olduğu aydır, Quranla ünsiyyət ayıdır. İbadət və minacat ayıdır. Hansı ki, dua ibadətin məğzidir. İstiğfar, tövbə, pis yollardan Allaha qayıdış yoludur. İlahi təqvaya riayət ayıdır. Cihad ayıdır. Bu mübarək ayda hicrətin ikinci ilində Bədr döyüşü, hicrətin səkkizinci ilində Məkkənin fəthi və həmin ildə Hüneyn döyüşü baş vermişdir. Nəfslə cihad, şeytanla mübarizə ayıdır. Hazırlıq ayı, təqva tədarükü ayı, sileyi-rəhim, doğruluq, dini qardaşlara yaxşılıq, maariflə tanışlıq, Quranın məzmunu haqqında dərindən düşünmək, bir sözlə növbəti bir ildə ilahi hərəkət sərmayəsi tədarük etmək ayıdır.
İslam mərifətini dərinləşdirmək
Bu ay həm də Quranın baharıdır. Quranla ünsiyyət İslam mərifətini bizim zehnimizdə daha güclü, daha dərin edir. İslam cəmiyyətlərinin bədbəxtliyi Qurandan uzaq düşmək, onun maarifindən, həqiqətlərindən kənarda qalmaqdan irəli gəlir. Quranın mənasını bilməyənlərin, onunla ünsiyyət qurmayanların vəziyyəti məlumdur. Hətta ana dili Quran dili olanlar, onu başa düşənlər Quranla bağlı dərindən düşünmədiklərindən, onun həqiqətləri ilə tanış olmurlar, ünsiyyət qurmurlar. Bildiyiniz kimi, “Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” ("Nisa", 141) ayəsi ərəb dövlətlərində və dünyanın ərəbdilliləri vasitəsi ilə oxunur, amma ona əməl olunmur. Quran ayələrinə diqqət, haqqında düşünmək yoxdur. Buna görə də ərəb dövlətləri geri qalmışlar.
Ayətullah Seyid Əli Xamenei