Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2017

ÖZ VAİZİMİZ OLAQ

Hər bir şəxs öz vaizi olmalıdır, özünə nəzarət etməlidir. özünün yanlışa yol verməsinə mane olmalıdır
Ramazan ayı daxil olduqda hər namazın sonunda bir dua oxumaq müstəhəbdir. O duada Allaha deyilir: "İlahi, müsəlmanların hər bir qüsurlu işlərini islah et! İlahi, yoxsulluğumuza öz zənginliyinlə sədd çək! İlahi, əhvalımızın pisliyini öz lütfünlə dəyiş!" ("Müstədrək əl-vəsail", c. 7, səh. 447) 
Allahdan bunu istəmişik. Bu, bizim öz əlimizdədir. Müğayat olmalıyıq. Ramazan ayından öncə on bir ay boyunca özümüzü hazırlayaq. Əgər ramazan ayına lazımi hazırlıqla girsək, ilahi ziyafətdən daha çox faydalanacağıq. Növbəti il üçün bir pillə, bir dərəcə, bir sinif daha yuxarıya gedəcəyik. O zaman, həm öz nəfsimizdə, qəlbimizdə, həm ictimai mühitdə sizi razı salan, sevindirən vəziyyəti müşahidə edəcəksiniz. İslamda tərbiyəvi və başqa bütün həyat proqramlarının əsasını bunlar təşkil edir. Hər bir şəxs öz vaizi olmalıdır, özünə nəzarət etməlidir. özünün yanlışa yol verməsinə mane olmalıdır. Özünə yaxşılığı əmr, pisliyi isə qadağan etməlidir. Özünə yaxşılığı əmr edib pisliyi qadağan etmək, özünə moizə etmək başqalarına moizə etməkdən daha vacibdir.

Ayətullah Seyid Əli Xamenei


4410 بازدید
در حال ارسال اطلاعات...