Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2017

DUANIN ÜRƏKDƏN EDİLMƏSİ

Öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən edin
Duanın qəbul olunmasının şərtlərindən biri də ürəkdən olması və təzimdir. Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Allahı öz qarşınızda hiss edəsiniz, yanınızda sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilinə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı bağışla” - lakin doğrudan da öz ürəyində istəmək halını duymasa bu dua deyil, dil vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz” (Əl-Kafi, c. 2, səh. 473; hədis Əmirəlmöminindəndir (ə)). Qafil və diqqətsiz bir ürək dua etsə, Allah-Taala duasını qəbul etməz. Bulaşıq ürəklər, nəfsi istəklərdə və ehtiraslarda qərq olmuş qafil ürəklər necə dua edəcəklər? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!
Öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən edin, ürəyinizi Allaha yaxınlaşdırın.


Ayətullah Seyid Əli Xamenei


3811 بازدید
در حال ارسال اطلاعات...