Mühüm budur ki, siz günah etməməkdə qərarlı olasınız.
Diqqətli olun və imtahandan üzü ağ, başı uca çıxın. Bunun yolu budur ki, özünüzdə təqva tədarükü görün. Yəni, öz davranışınıza diqqət yetirin. Allahın əmrinə, qadağasına zidd bir iş görməyin. Bu, təqva deməkdir. Bir zaman ip ucu insanın əlindən çıxır və günah da edir. Amma mühüm budur ki, siz günah etməməkdə qərarlı olasınız. Bu, təqva əhval-ruhiyyəsidir. Sən özünə qarşı ayıqsansa, düşməninə qarşı da ayıqsan. Öz daxilindəki şeytandan ehtiyatlanırsansa, xarici şeytandan da ehtiyatlanırsan. Əgər daxilimizdəki şeytan bizə zərbə vura bilməsə, xarici şeytan üçün də bizə zərbə vurmaq asan olmayacaq. Bu, ramazan ayının ismarışıdır.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("Bəqərə", 183) Bu təqvanın müqəddiməsidir. Təqva isə məqsəddir, yekundur.
Ayətullah Seyid Əli Xamenei