Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2017

Həyatın eniş-yoxuşu

Onlar əmindirlər ki, bu çətinliklər müvəqqətidir və tezliklə başa çatacaqdır
Həzrət Əli əleyhissəlamın öz oğlu İmam Həsənə (ə) vəsiyyətinin şərhindən

İnsan bütün ömrünü çətinlikdə keçirir desək, düz olmaz. Hər bir insanın taleyində həm şirin, həm də acılı günlər olur. İnsan həyatın nə qədər enişli-yoxuşlu olduğu barədə düşünməli, özünü çətinliklərlə mübarizəyə hazırlamalıdır. Yaxşı araşdırma aparan insan iki nöqtəni daim nəzərdə saxlayır: 1. Dünyanın şirinlikləri müvəqqətidir, arxayınlaşmaq olmaz; 2. Dünyanın acılıqları da müvəqqətidir, məyus olmaq olmaz.
Buna görə də dünyanın şirinliklərinə, müvəffəqiyyətlərinə uymamalıyıq. Qədimdəkilər arasında dünya nemətlərinə kim bağlanmışsa, bir gün ondan ayrılmaq məcburiyyətində qalmışdır. Biz də əlimizdəki nemətlərə bel bağlamamalıyıq. Bütün bu nemətlər müvəqqətidir. Bu məsələlərdən qəflətdə qalan insan həyatın eniş-yoxuşlarında özünü itirib, süquta uğrayır. Amma həqiqəti tapmağa müvəffəq olanlar dünya nemətlərindən məhrum olduqda belə nigaran olmurlar. Onlar əmindirlər ki, bu çətinliklər müvəqqətidir və tezliklə başa çatacaqdır. Allah-təala buyurur : “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir.” (“İnşirah”, ayə 5) Beləcə nə nemətlərə uymağa, nə də çətinliklərdən məyus olmağa dəyər. Çünki həyatın eniş-yoxuşları çox olsa da, müvəqqətidir.


4224 بازدید
در حال ارسال اطلاعات...