Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2017

Əmirəlmöminin (ə)

Həmin vaxt həzrət ömrünün iyirmi üçüncü ilini yaşayırdı.
Rəvayətdə nəql olunur ki, Ühüd savaşında Əmirəlmömininin (ə) ayağına ox batdı. Həmin vaxt həzrət ömrünün iyirmi üçüncü ilini yaşayırdı. Ox əti, dərini, damarları və sümüyü bir-birinə tikmişdi. Yara o qədər ağrılı idi ki, həzrət oxu çıxarmağa icazə vermirdi. Təbib Peyğəmbərin (s) yanına şikayətə getdi. Həzrət buyurdu: “Gözlə, namaz vaxtı işini gör. Əli (ə) namaza duranda diqqətini yalnız Allaha yönəldib, məhbubun camalında fəna olur.” (“Muhəccətul-bəyza”, 1-397)

Sünnə əhli alimlərindən olan Came bu əhvalatı çox gözəl şəkildə nəzmə çəkmişdir.

Ühüd günü qovğa qopan bir zaman
Düşmən oxu keçdi tənindən tamam.
Gözlədilər mehraba üz tutmağın,
Onda ki, həzrət unudur sol-sağın.
Çəkdilər, oxdan xəbəri olmadı,
Can çıxaran ağrıları bilmədi...


3146 بازدید
در حال ارسال اطلاعات...