Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2017

HİCABIN FƏLSƏFƏSİ

Avropada həmişə və davamlı olaraq qadına zülm edilib
Qadının təbiəti və xarakteri gözəllik və incəlik nümunəsi edildiyindən, cəmiyyətin qarışıq və nizamsız olmasını, fəsada bulaşmasını istəmiriksə, bu cinsi örtükdə saxlamalıyıq. Bu baxımdan, kişi mütləq surətdə qadın kimi deyil. Onun üçün daha çox azadlıq mövcuddur. Bu onların təbii vəziyyətindən və Allahın baxışı ilə dünya idarəsinin tənzimindən irəli gəlir.
Hicabın yasağı, qadın azadlığı, cinsi istismar İslamda qadınla kişi arasında nəzərdə tutulan çox zərif və mürəkkəb pərdənin götürülməsi - qərbi yamsılamağın bir nümunəsi idi. Sözügedən pərdə və hicab əsla zahiri hicab mənasında deyil. Bu başqa bir mövzudur. Məsələyə diqqətlə və incəliklə baxmaqla onu anlamaq, ölçmək və nə qədər hikmətli olduğunu bilmək olar.
Əlbəttə, Avropada bu pərdə və örtük qədimdə olmayıb. Amma eyni zamanda həmişə və davamlı olaraq qadına zülm edilib. Ötən əsrlərin Avropasında nə paltar və zahiri görkəm baxımından və nə də digər əxlaqi və qeyri-əxlaqi cəhətlər baxımından, bugünkü mənada işlədilən qadın azadlığı olub, amma o pərdə və hicab da olmayıb. Və bununla yanaşı qadına zülmlər də baş verib.
Əgər biz onları razı salmaqdan ötrü qadın barəsində, İslam dininin qadının izzətinə səbəb olan baxışına qarşı danışsaq, səhv etmiş olarıq. Nə üçün kimlərsə qadın sahəsində, yaxud insan hüquqları sahəsində elə danışmalıdırlar ki, elə bil biz çalışıb özümüzü qərblilərin baxışlarına yaxınlaşdırmalıyıq. Onlar səhv edirlər. Onlar öz baxışlarını bizə yaxınlaşdırmalıdırlar. Onlar qadın, insan hüquqları, azadlıq və demokratiya barəsindəki yanlış və batil fikirlərini düzəltməli və İslamın görüşləri ilə ölçməlidirlər. Bəziləri bu tərəfdən təsirlənməməlidirlər.

Ayətullah Seyid Əli Xamenei


4559 بازدید
در حال ارسال اطلاعات...