Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2017

BAĞIŞLAMANIN DƏYƏRİ

Allah bəndəni tövbə etdiyi halda bağışlayır.
Ayə və rəvayətlərdə çox təkid olunmuş məsələlərdən biri bağışlamaqdır. Bağışlayanlar haqqında buyurulur: «O müttəqilər ki, bolluqda da qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər». («Ali-imran» surəsi, ayə 134.)
Sual oluna bilər ki, bağışlamağın dəyəri mütləqdir, yoxsa nisbi? Başqa sözlə, bütün şəraitlərdə bağışlamaq yaxşıdırmı?
Zalımın əlindən qaçıb bizə pənah gətirmiş adamı həmin zalıma təhvil vermək olarmı? Məzlumu zalımın əlindən almaq vacib dini vəzifədir. Bəs nə edək? Qapımızı döyən quldura «burada deyil», «görməmişik» desək yalan olmazmı? Sözsüz ki, zülmün qarşısını almaq üçün yalan danışmağa dəyər.
Bağışlamaq üçün də müxtəlif şəraitlər vardır. Əgər zalımı bağışlamaq onun zülmünü artıracaqsa bağışlamaq olmaz. Məsələn, şərikli maldan oğurluq olur. Şəriklərdən biri oğrunu bağışlayarsa, o biri şərikin hüququnu pozar. Bir sözlə, bağışlamağın nəticəsi zülm yox, savab və hidayət olmalıdır.
Bağışlamaq istəyən şəxs cəmiyyəti də düşünməlidir. Peşəkar cinayətkarı bağışlamaq cəmiyyəti təhlükəyə atmaqdır. İslam dini çox dəyərli olan bir qanunla bəzən cinayətkarı cəmiyyətin gözü qarşısında cəzalandırır ki, başqalarına da ibrət olsun.
On ikinci imam həzrət Mehdi (ə) zühur edən zaman cinayətkarlıq öz kuliminasiya nöqtəsində olacaq. Həzrət (ə) o qədər cani qanı axıdacaq ki, nadanlar onun Fatimə (ə) balası olduğuna şəkk edəcəklər. Amma həqiqi ədalətli cəmiyyəti qurmaq üçün islahedilməz cinayətkarlar öz cəzasına çatmalıdır: «Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir». («Bəqərə» surəsi, ayə 179.)
Cəmiyyət ilahi qanunların icrası ilə dirçəlir. «Allahın hökmlərindən kənara çıxanlar sözsüz ki, özlərinə zülm edənlərdir». («Bəqərə» surəsi, ayə 229.) Rəvayətdə buyurulur ki, bir günaha görə şəri cəzalandırma cəmiyyət üçün bərəkətli yağışdan daha fadalıdır. Xalqın xəzinəsinə təcavüz etmiş insanı heç vəchlə bağışlamaq olmaz. Xalqın namusuna təcavüz edənlər üçün xüsusi cəzalar nəzərdə tutulur və tapşırılır ki, belələrinə ürəyiniz yumşalmasın.
İmam Sadiq (ə) buyurur: «Öz bağışlanmağınızı sevdiyiniz kimi sizə zülm edənləri də bağışlayın».
Qeyd olundu ki, insan başqasının haqqını yox, öz haqqını bağışlaya bilər.
Başqa bir mühüm nöqtə «həqqullah» (Allahın haqqları) və «həqqunnas» (insanların haqqları) məsələləridir. Yəni oğru dükan sahibindən halallıq alıb onun tərəfindən bağışlanırsa bu hələ o demək deyil ki, Allah da bu adamı bağışlayıb. Allah bəndəni tövbə etdiyi halda bağışlayır.
Həzrət (ə) buyurur: «Allahın sifətlərindən biri budur ki, həm pis, həm də yaxşını bağışlayır». Bəndə öz Allahından nümunə götürməlidir. Amma ilahi sifətləri özündə cilvələndirmək daxilən böyük insanların şənindədir. Günəşə bax! O həm yaxşını, həm də pisi isidir!


4057 بازدید
در حال ارسال اطلاعات...