Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2017

ƏMƏLDƏ QÜSUR

“Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!”
Əgər insan səadətə mənəvi kamilliyə Behiştə çatmaq istəyirsə öz əməllərini Quran və Əhli-beyt (ə) göstərişlərinə uyğunlaşdırmalı, zəruri şərtlərə əməl etməlidir.
Əgər əməllər mərifət libası geyməmişsə Allahın istəyincə deyilsə sevgi və məhəbbətlə yerinə yetirilmirsə onda riya, tamah, təkəbbür, düşmənçilik varsa, bu əməllərə ümid etmək olarmı?! Onlar insanı nicat sahilinə çıxara bilərmi?!
Böyük mənəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz münacatında göz yaşları axıdaraq deyir: “Aman ehtiyatın azlığı, səfərin uzunluğu və yolun qorxusundan!” (“Əл-Мәнагиб”, 2-103.)
Əsl bəndəlik eşqi və ixlasını dərindən dərk etmək üçün övliyaların həyatını əks etdirən kitablar oxumaq faydalıdır. İnsan bu yolla qəlbində mərifət çırağı yandırıb mənəvi həyatın zövqlərini əldə edə bilər.
Şəhid Qazi Nurullah Şüştəri “Məcalisul-muminin” kitabında belə rəvayət edir:
Üveys Qərən gecələrin bir qismində “bu, rüku gecəsidir” deyib, həmin gecələri rüku halında keçirər, digər qismini də “bu səcdə gecəsidir” deyib, həmin gecələri səcdə halında başa vurardı. Soruşurlar ki, - “Uzun gecələrin rükusu, səcdəsi səni yormurmu?” Cavab verir: “Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!”


4494 بازدید
در حال ارسال اطلاعات...