Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2017

DUAYA DƏVƏT ETMƏK VƏ ONU TƏRK ETMƏKDƏN ÇƏKİNDİRMƏK

Məni çağırın ki, sizə cavab verim
Mən tövsiyə edirəm ki, uşaqların Allahla rabitəsi diqqətli və mənəvi rabitə olsun, xüsusilə namazları mənəvi halla qılsınlar. Oxuduqları duanı mənəvi halla və diqqətlə etsinlər, hansı varlıqla danışdıqlarını, nə istədiklərini bilsinlər. Bilsinlər ki, bu istəyin cavabı var. Quranda bizə belə deyilmişdir: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Qafir, 60) 

Məni çağırın ki, sizə cavab verim. Başqa bir yerdə də belə nəql olunub: “Allahın lütfündən (mərhəmətindən) istəyin!” (Nisa, 32) Allahın lütfündən istəyin. Bunlar Allahın vədləridir və Allahın vədi ən doğru vəddir.

Allah zikrini cəmiyyətdə artırın.
Ramazan ayı dua zamanıdır. Heç bir eybi yoxdur, öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən oxuyun. Ürəyinizi Allaha yaxınlaşdırın. Mənim və sizin buna ehtiyacımız var. Mənim qardaş və bacılarım! Duadan qafil olmayın.

Ayətullah Seyid Əli Xamenei


4205 بازدید
در حال ارسال اطلاعات...