Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2017

Əhli-beytin (ə) ziyarəti

Bu əmələ görə böyük mükafat veriləsidir.
Uzaq və yaxın mənzillərdən əzab və əziyyətli yollar keçib Əhli-beytin (ə) məzarlarına ziyarətə gəlmək iman əhlinə tapşırılmış zərurətlərdəndir. Bu əmələ görə böyük mükafat veriləsidir.

Mərhum Əllamə Məclisi bu mövzuda 314-dən artıq rəvayət nəql etmişdir. Şeyx Abbas Qummi “Məfatihul-cinan” kitabında rəvayətlərə əsaslanaraq məsumların rəvayətləri ilə bağlı 28 fəsil tərtib etmişdir.

Məsum imamların ziyarətinin savabı
Həzrət Peyğəmbərin (s) ziyarəti haqqında deyilir: “Bir şəxs Peyğəmbərin (s) ziyarətini tərk etsə, müsəlmanların rəhbəri onu bu işə vadar etməlidir. Çünki Peyğəmbər (s) ziyarətini tərk etmək bütün müsəlmanlara haram edilmiş cəfadır. (“Vəsailuş-şiə”, 11-24, bab 6, hədis 14149; “Biharul-ənvar”, 96-372, bab 65, hədis 5-7)
Şeyx Səduq nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Sizlərdən Həccə gedən şəxs öz Həccini bizim ziyarətimizlə başa çatdırmalıdır. Çünki bizim ziyarətimiz Həcci tamamlayır.” (“Üyuni-əxbarur-Riza”, 2-62, bab 66, hədis 28)
Nəql olunur ki, Əmirəl-möminin (ə) buyurmuşdur: “Öz Həccinizi Allah rəsulunun ziyarəti ilə kamilləşdirin. Həcdən sonra Peyğəmbər (s) ziyarətinin tərki cəfa və ədəbə ziddir. Bu ziyarətlər sizə əmr olunmuşdur. Sizə vacib edilmiş qəbir ziyarətlərini yerinə yetirin. Həmin qəbirlərin yanında Allahdan bağışlanma diləyin.” (“Vəsailuş-şiə”, 4-324, bab 2, hədis 10)
Şeyx Tusi “Təhzibul-əhkam” kitabında Yezid Əbdül-Məlikdən, o da atasının dili ilə babasından nəql edir: “Həzrət Fatimənin görüşünə getdim. Xanım gəlişimin səbəbini soruşdu? Dedim: “Bərəkət və savab istəmək üçün gəlmişəm.” Buyurdu: “Atam mənə deyib ki, hər kəs ona və mənə üç gün salam versə, Allah behişti ona vacib edər.” Dedim: “Dünyada olduğunuz vaxtmı?” Xanım buyurdu: “Bəli, dünyada olduğumuz vaxt da, öləndən sonra da.” (“Təhzibul-əhkam”, 6-9, bab 3, hədis 11)
“Əl-məqnə” kitabında nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: “Bizi ziyarət edənin günahları bağışlanar və həmin şəxs yoxsul, pərişan halda ölməz.” (“Əl-məqnəə”, 474, bab 20)
İmam Həsən Əskəri (ə) buyurur: “Hər kəs imam Sadiqi (ə) və onun atası imam Baqiri (ə) ziyarət etsə, çətinlik içində ölməz.” (“Təhzibul-əhkam”, 6-78; “Biharul-ənvar”, 97-145, hədis 35)
Allahın rəsulu (s) buyurur: “Bəqi qəbristanlığında imam Həsəni (ə) ziyarət edən kəs qədəmlər sirat körpüsündə titrəyən vaxt sabitqədəm olar.” (“Biharul-ənvar”, 97-141, bab 1, hədis 14)


4621 بازدید
در حال ارسال اطلاعات...