Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2017

Məsumun gücü və şeytanın acizliyi

Hal əhli, doğru yol yolçuları yaxşı bilirlər ki, sirat yolçunun özüdür, yolçu eynən siratdır
Əgər insan həqiqi ağıl fəzasında hərəkət edib təxəyyüldən uzaq olarsa, xəta və unutqanlıqdan kənar bir məqama çatar. Bu halda günah və üsyan ona hücum çəkməz, daimi ismət fəzasında qalar. Çünki həqiqi ağıl fəzasına nə təxəyyül kimi daxili şeytan, nə də İblis kimi xarici şeytan yol tapa bilir. Çünki təxəyyül saf ağıldan aşağıdır və heç vaxt ağıl məqamına qalxa bilmir. Tam ağıl fəzasının yolları təxəyyül və İblisin üzünə bağlıdır. İblis sirati-mustəqim kənarında pusqudadır. Quranda oxuyuruq: “Şübhəsiz, sənin düzgün yolunun kənarında onların pusqusunda duracağam.” (“Əraf”, 16)
Amma azdırıcı gücə malik olan İblis özü eynən sirati-mustəqim olmuş kəsə yaxınlaşa bilmir. Sirat özü nəhayətsiz qüdrət təcəssümü olaraq Allah kimi hücum və vəsvəslərdən amandadır.
Hal əhli, doğru yol yolçuları yaxşı bilirlər ki, sirat yolçunun özüdür, yolçu eynən siratdır. Yol və yolçu birdir. Şeytan siratın ortasında və axırında yox, başlanğıcında pusqu qurur. Bu səbəbdən də şəri riyazət və ibadətlə bu yolun ilk mühüm hissəsini adlayıb ixlas məqamına çatanlar üçün təhlükə yoxdur. )


3153 بازدید
در حال ارسال اطلاعات...