Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2017

Pərvərdigara! Dualarımı həbsə salmış günahlarımı bağışla

Qulaq nemətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır.
ŞÜKRÜN TƏRKİ

İnsanın fiziki və mənəvi inkişafı üçün ona nemətlər bəxş etmiş Allaha şükür etmək vacibdir. Misilsiz nemətlər qarşısında şükür etməmək insanlıqdan uzaq bir xüsusiyyətdir.
Şükür nemət verəni və neməti tanımaq, bu neməti halal yerlərdə sərf etməkdir. Qəlb nemətinin şükrü onu imanla bəzəmək, Allah, qiyamət, peyğəmbər və imamlara inanmaqdır. Göz nemətinin şükrü Allahın əzəmətini seyr etmək, elm öyrənmək, Quran oxumaq və onu haramlardan qorumaqdır.
Qulaq nemətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır. Dil nemətinin şükrü gözəl danışıq, suallara doğru cavab, Quran oxumaq və s. Dili qeybətdən, yalandan, böhtandan, puç danışıqdan qorumaq lazımdır.
Qarın nemətinin şükrü halal və qədərincə yeməkdir. Şəhvət nemətinin şükrü bu yolda haram işlərdən çəkinməkdir.
Ayaq nemətinin şükrü məscidə getmək, elmi məclislərdə iştirak etmək, qohumları və din qardaşlarının görüşünə getməkdir. Var-dövlət nemətinin şükrü onu ailə-övlada xərcləmək, fəqirlərə yardım etmək, xüms və zəkat ödəməkdir.
Bəli, bu işlərdən istənilən birinin tərki günahdır və gec-tez neməti bəlaya çevirəsidir.

«Allahumməğfirliyəz-zunubəl-ləti-təhbisud-dua»
(«Pərvərdigara! Dualarımı həbsə salmış günahlarımı bağışla»).
Həzrət Səccad (ə) duanın qəbuluna mane olan yeddi günah göstərir: 1. Pis niyyət; 2. Gizli çirkin sifət; 3. İkiüzlülük və din qardaşı ilə nifaq; 4. Duanın qəbuluna inamsızlıq və onun vaxtını əldən buraxmaq; 5. Vacib namazı təxirə salıb vaxtını ötürmək; 6. Yaxşılıq və sədəqəni tərk etmək; 7. Xalqla danışarkən yersiz sözlərə yol verib söyüş işlətmək. («Мəaniül-əxbar» səh-269.)


3942 بازدید
در حال ارسال اطلاعات...