Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2017

İmam Əlinin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən

Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə görə Allaha şükür et
Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər.
Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də möminlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.
Ey Kumeyl! (Ali-İmran surəsinin 34-cü ayəsində olan) Əhli-beyt (ə) və imamət silsiləsindən olanlar elə bir nəsil və elə bir övladlardır ki, onlardan bəziləri bəzilərinin övladlarıdır, Allah eşidən və biləndir.
Ey Kumeyl! Bizdən başqa heç kəsdən dini və elmi məsələ, yaxud hədis öyrənmə ki, həmişə bizdən olasan!
Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək, çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.
Ey Kumeyl! Başqalarına təam ver və onları yedizdir. Bu işdə xəsislik göstərmə. Bu işinə görə Allah sənin mükafatını qat-qat artıq edər. Əxlaqını gözəlləşdir, oturub-durduğun adamlarla xoş münasibətdə ol və öz xidmətçilərinə yersiz töhmətlər vurma.
Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.
Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə görə Allaha şükür et. Şükr edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükr etsin. Belə etsən sənin savabın daha da artıq olar.
Ey Kumeyl! Mədəni yeməklə doldurub ağırlaşdırma. Yeməkdən əlavə onun bir hissəsini su və bir hissəsini də nəfəs almaqdan ötrü boş saxla. Yeməkdən doymamış əlini çək. Əgər belə etsən həmin yemək sənin üçün dadlı olacaq və bil ki, bədənin sağlamlığı az yemək və az içməkdən irəli gəlir.


4122 بازدید
در حال ارسال اطلاعات...