
Bütün şəri təkliflərin, xüsusi ilə də, ibadətin əsas hədəfi Allahla insan arasında əlaqənin güclənməsidir. Bütün şəri təkliflərin ruhu Allahı düşünmək və onu yad etməkdir. Başqa sözlə, əməllərin düzgünlüyünün, bəzi hallarda isə kamil olmasının şərti insanın əməl zamanı Allahı düşünməsidir.
Ən üstün ibadət və çox təkid olunmuş namaz haqqında Quranda buyurulur:
“Məni düşünmək üçün namaz qıl.” (“Таһа” сурәси, ајә 14.)
Başqa ibadətlər barəsində fəqihlər deyir: “Əgər Allahı düşünmədən olarsa, Onun göstərişlərinə itaət sayılmır”.