Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2017

DOĞRU DANIŞIQ

Əmirəlmöminin (ə) vəsiyyət edir ki, etiqadınız düzgün olmaq üçün haqqı tanımağa çalışın
Əmirəlmöminin İmam Əli (ə) öz vəsiyyətində buyurur: «Həqiqəti söyləyin; (axirətə aid) mükafat üçün çalışın.» «Nəhcül-bəlağə»nin ayrı-ayrı iki nüsxəsində uyğun təbirlər azca fərqli işlədilmişdir. (Bir nüsxədə «ula bil həqqi», o birində «qulil-həqq») «Qulil-həqq» təbiri əsasında buyuruq belə anlaşılır ki, danışarkən doğru danışın və ilahi mükafat üçün çalışın. Həzrət sözlə əməli qarşı-qarşıya qoyur. «Qovləl-həqq» təbiri ilə bağlı iki ehtimal var: Əgər buyuruqda «qovla» sözünə istinad edilsə məna bu olar ki, haqqı söyləyin. Yəni haqqı gizlətməyin, onu açıqlamaqdan qorxmayın. Bəziləri həqiqəti bilsə də öz rahatlıqlarını qorumağa xatir onu açıqlamırlar. Onlar «dəvə gördün, görmədim» məsəlini özlərinə həyat prinsipi seçmişlər. Həzrət buyurur ki, bu sayaq olmayın, qoy xalq haqq söz də eşitsin. Əlbəttə buyuruqda «qovla» sözü əsas götürüldükdə bu məna alınır.
İkinci ehtimal budur ki, buyuruqda «əl-həqq» sözü vurğulanır. Bu halda belə bir məna alınır ki, sizin işlərinizdən biri də danışmaqdır və danışarkən doğru danışın. Başqa sözlə, düzgün danışmağa çalışın, haqq və batil arasından həqiqəti seçin.
Zikr olunan ehtimallar «qovləl-həqq» təbirinə aid idi. Amma «qovla bil-həqq» təbiri daha məşhurdur. Bu variantla bağlı da iki məna ehtimal oluna bilər: Ehtimallardan biri budur ki, «qovl» kökü "etiqad" mənasında qəbul olunsun. Adi danışıqda da bu məna ilə tez-tez rastlaşırıq. Deyirik ki, filan kəs filan məsələyə qaildir. Məqsədimiz budur ki, həmin şəxs deyilən məsələyə inanır. «La ilahə illəllah» sözləri tövhidə inam mənasında anlaşılır. Bu sözü hətta etiqadlı lal haqqında işlətmək olar. Beləcə, «qovl» sözü etiqad mənasında qəbul olunsa «qovla bil həqq» təbiri haqqa inanan mənasında anlaşılmalıdır. Uyğun mənaya əsasən vəsiyyətdə etiqad və əməldən söhbət gedir. Yəni insan üçün etiqadlar və əməllər qrupundan məsuliyyətlər var. Demək, Əmirəlmöminin (ə) vəsiyyət edir ki, etiqadınız düzgün olmaq üçün haqqı tanımağa çalışın. İkinci ehtimala əsasən, «qovla bil həqq» təbirində «ba» hissəsi əsasında bu təbir «haqqına» mənasında anlaşıla bilər. Gündəlik danışıqda da «ba» hissəsi uyğun mənada işlədilir. Bu halda «bilhəqq» sözü «biğeyril-həqq» sözü ilə qarşı-qarşıya qoyulur. Həzrət tapşırır ki, haqqına danışın, yəni danışılası sözü danışın. Uyğun sözün əks anlamı batil, insanı hörmətdən salan sözdür. Bəli, insan bu qəbil sözlər danışmamalıdır. Cümlənin ilk təbiri ilə bağlı mümkün ehtimalları nəzərdən keçirdik.


3102 بازدید
در حال ارسال اطلاعات...