Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2017

ƏSİRİN AZAD OLUNMASINA SƏBƏB OLAN BEŞ XÜSUSİYYƏT

“Məni azad etməyinizin səbəbi nədir?”
Mühüm bir hədisdə İmam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur:
«Həzrət Peyğəmbərin (s) hüzuruna bir qrup əsir gətirdilər. Həzrət (s) qətlə yetiriləsi əsirlərdən birini ayırıb saxladı. Həmin əsir təəccüb içində ərz etdi: “Məni azad etməyinizin səbəbi nədir?”
Həzrət Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verdi ki, səndə Allahın sevdiyi beş xüsusiyyət var: Məhrəmlərinə münasibətdə qeyrət, səxavət, xoş əxlaq, düz danışıq və şücaət.”
Bu sözlərdən sonra əsir İslamı qəbul etdi və kafirlərə qarşı döyüşlərin birində şəhadətə çatdı.» (“Vəsailuş-şiə”, 20-155.)


4809 بازدید
در حال ارسال اطلاعات...