Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2014

Uşaq üçün ata və ananın varlığının hissi

Əvvəlcə övladda valideynlərin varlığına hiss yaratmaq lazımdır. Əgər uşaq bunu hiss etsə, onun inkişafı və tərbiyəsi belə bir hissə malik olmayan uşaqdan tamamilə fərqli olacaq. Uşaq üçün mühüm olan onun beynində ilham qaynağı kimi ata və ananın varlığını hiss etməkdir.

Sağlam təlim və tərbiyənin təsiri
Şübhəsiz, faydalı və sağlam təlim və tərbiyə münasib inkişaf şəraitində uşağın fitrət lövhəsinə gözəl naxış vurub onun təkamül şəraitini hazırlaya və bu yolla xalqlar üçün aydın gələcək təmin edə bilər.

Uşaqların əxlaqi tərbiyəsinin əhəmiyyəti
Uşaq və yeniyetmələrin əxlaqi tərbiyəsi bütün ölkə və cəmiyyətlər üçün həqiqətən əhəmiyyətlidir. Lakin bizim üçün daha artıq əhəmiyyətə malikdir. Daha artıq əhəmiyyəti ona görədir ki, İslam cəmiyyəti, yəni İslam təfəkkürü və hökmləri əsasında qurulan cəmiyyət öhdəsinə digər cəmiyyətlərin adi mübarizəsindən daha böyük mübarizə götürmüşdür.

Uşağın kamillik axtaran xislətini formalaşdırmaq
Uşaqların tərbiyəsinin zəruri olması, onların ailə və cəmiyyətdə fikir, duyğu və ictimai inkişafı üçün münasib maddi, psixoloji və mədəni şərait yaratmağın lazım olmasına dair yekdil rəy mövcuddur. Mübahisəli və çox diqqətə ehtiyacı olan məsələ bu danılmaz prinsiplərin icra növü, uşağın kamal istəyən təbiətini formalaşdırmağın, aktivliyini, möhkəmliyini, psixoloji və mənəvi tarazlığını təmin etmək üçün onun inkişaf maneələrini ortadan götürməyin necəliyindədir. Bu hər bir cəmiyyətdə nəinki təlim və tərbiyə üzrə məsul şəxslərin və ekspertlərin, hətta hər bir quruluşun məsul şəxslərinin ən mühüm vəzifələrindəndir.

Nur-az.com


5752 بازدید
در حال ارسال اطلاعات...