Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2017

"Bu alçaqları yerində oturdan bir nəfər yoxmu bu dünyada? "

"Əşşi, beş-on nəfərin etiraz etməsindən nə çıxacaq ki" deyib başqa səmtə yönəldi.
İmam Zamanın (ə.f) mübarək mövluduna (hekayə)

Cümə günü idi, azana az qalırdı. O, tələsirdi, namaza vaxtında çatmalı idi. Amma minməyi planlaşdırdığı avtobus dayanacağında qələbəlik idi. Sanki insanlar küçəyə çıxıb avtomobil yolunu bağlamışdı. Bəli, doğrudur, Bakının mərkəzi küçələrində tez-tez baş verən bir səhnə. İnsanlar küçələrə tökülüb etiraz edir. "Allah bu hökümətə lənət eləsin", "Allah bunların bəlasını versin", "Bunlar Yezid məlundan betərdilər" kimi fikirlər insanların dilindən əskik olmur, "rədd olsun acgözlər", "azadlıq", "rədd olsun haramxor hakimiyyət" kimi şüarların yazıldığı plakatlar isə əllərindən düşmürdü. O, çox vaxt itirmək istəmir, bir yandan da bu dayanacaqın maşınlarının tez hərəkət etməsindən naümid olmuşdu. Öz-özünə "əşşi, beş-on nəfərin etiraz etməsindən nə çıxacaq ki" deyib başqa səmtə yönəldi.
Bir qədər getmişdi ki, qarşısına bir neçə insandan ibarət toplum çıxdı. Çəkiliş aparatı da var idi, hətta əlində mikrafon tutub reportaj aparanlar da mövcud idi. Onun diqqətini çəkdi, onlara yaxınlaşanda məlum oldu ki, hansısa kanaldan çəkiliş aparılır. Məhəllə sakinləri aşıb-daşmış zibillərdən giley-güzar edirdi. Mikrafona danışan bir qadın deyir ki, bu zibillər uzun müddətdir buradadır. Evi, məhəlləni xəstəlik bürüyüb. Sanitariyanın vayına oturublar. Uşaqlarımız, özümüz xəstəliyə yoluxur, sularımız çirklənir. Pulumuz da yoxdur özümüzü müalicə edək. Çörək almağa pul tapa bilmirik.
Onun bu sözlər o qədər də xoşuna gəlmədi. Çünki sahibi yayın istisində camaatın balasının tərbiyəsini pozacaq bir görkəmdə kamera qarşısında çıxış edirdi. O, bir anlıq içində qadını nəzərdə tutaraq "sən əvvəl özünü, geyimini, imanını düzəlt, sonra şikayət edərsən" deyib oradan ayrıldı.
Başqa marşrut avtobusa minib bir yerdə oturdu. Avtobus isə hələ ki, tərpənmək istəmirdi. Qabaqda əyləşənlər sözü bir edib sürücünü yaş yuyub quru sərirdilər. "AY kişi, sür gedək də, cmaatın işi-gücü var axı", "a bala, biz sənə görə gecikməliyik?", "sənin ucbatından hövsələmiz daralıb ay oğul" deyənlər bir-birini əvəz edirdi. Sürücü isə zərrəcə narahat deyildi. İçəridən bir kişinin "ay qaqa, sənin kimisini qaynar xəttə zəng edib şikayət eləmək lazımdır" deməsiylə sürücü dilləndi: "ee get kimə istəyirsən şikayət elə. İstirsən get prezidentə şikayət elə. Kefim isdiyir diyanmışam, kim istəmir düşüb ayağnan getsin. Burda ağa mənəm." Qoca kişi dözməyib "düz deyirsən bala, elə İlham Əliyev korlayıb bu ölkəni, bu xarabanın sahibi olsaydı, sən belə yekə-yekə danışmazdın."
Onun yanında oturan bir nəfər üzünü ona tutub dedi: "İnsanların hamısının əsəbləri gərgindir. Xəstədi camaat. Mən özüm Qarabağ əliliyəm, pensiyamı düz-əməlli vermirlər. Bəlkə on beş dəfə Prezidentə, bir o qədər də xanımına yazmışam, heç xeyri yoxdur."
O, dayanacaqda düşüb məscidə tərəf yollandı. Yolda dodaqaltı pıçıldayırdı: "Görəsən, xalqı bu günə qoyan alçaqları yerində oturdan bir nəfər yoxmu bu dünyada?"Məscidə çatıb dəstəmazxanaya daxil oldu. Qollarını çırmalayıb krantı açdı. Suyun şəffaflığında dəstəmaz alan nurani bir kişinin səsini eşitdi: "Çətindir bala, 313 nəfər hələ yığılmayıb. Ona görə də O gəlmir. Axı qurban olduğumuz öz haqlarını tələb edə bilməyən insanların arasına necə gəlsin. Bir zalıma etiraz üçün beş-on nəfər çıxırsa, o hara gəlsin, niyə gəlsin. İntizarında olanların çoxu zalımı evində söyürsə, ancaq məhərrəmlikdə İmam Hüseyndən (ə) deyib ağlayırsa, zəmanə yəzidlərinin zülmünü üzlərinə deməyə cürət etmirsə, İmam (ə.f) hara gəlsin. Dəhşətlisi budur ki, etiraz edənlər arasında dinə riayət etməyənlər, düz-əməlli geyinməyənlər, fasiq görkəmində yaşayanlar daha çoxdur. Bunların etirazı İmama (ə.f) səmimi görünmür axı. Gənclər pozulub, insanlarda səbr qalmayıb. Hamı tələsir, avtobusda, dükanda, bazarda, orda-burda hamı tələsir. İmamın (ə.f) zühurunu bu cür tələsən insanlar, səbirsiz camaat necə gözləyə bilər?"
O, dəstəmazını tamamlayıb oradan çıxdı. Məscidə daxil olub bir güşədə əyləşdi. Nurani kişinin dedikləri onu çox düşündürdü. Çünki nurani kişinin tənqidi elə birinci ona aid idi. Çünki o, küçələrə çıxıb etiraz edən insanlara dodaq büzüb saylarının azlığından şikayətləndi. Halbuki o da, orada olub etirazçı kütlənin sayının artıra bilərdi. Yoxsa hamı "burada beş-on nəfər etiraz edir, bu sayla heç nə etmək olmaz" deyib ora getməsə 313 nəfər yığmaq çətin olacaq. İkinci tənqid də ona aid idi. Çünki fasiqə görkəmində olan insandan mütləq şəkildə uzaqlaşmaq ziyandan başqa bir şey deyil. Onların açıq-saçıq geyinib kamera önünə çıxmasından o, öz-özlüyündə gileyləndi. Qadına isə heç nə demədi bu barədə. Amma o qadının bu gileydən və hicabdan, dindən xəbəri yox idi. "Doğrudan da, İmam (ə.f) bizim ucbatımızdan gəlmir" fikirləri ətrafında düşünürdü ki, məscidə bir kişi daxil olub üzünü ona tutub dedi:

-Sən niyə sol əlinə üzük taxmısan?
-Olmaz ki?
-Məkruhdur.
-Məkruh haram deyil ki.
-Sən bu fikirlə heç zaman İmam Zamanı (ə.f) görə bilməzsən.


4335 بازدید
در حال ارسال اطلاعات...