Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2017

MƏZLUMA KÖMƏKDƏN ÇƏKİNMƏ

Hər kəs zalımdan məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır
Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət Əli (ə) ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsənə (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun». («Nəhcül-bəlağə» səh-421.) Bəli, bu sözlər zülm və məzlum qarşısında möminin ən gözəl şüarıdır.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır». («Biharul-ənvar», 72-ci cild, səh-359.) Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı ona kömək et». («Ğürərul-hikəm», səh-450.) «Ən gözəl ədalət məzluma yardım göstərməkdir». («Ğürərul-hikəm», səh-446.)
İmam Sadiq (ə) buyurur: «Möminin zülmə düşmüş möminə yardımı bir ayın orucu, Məscidül-həramda etikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan mömin öz mömin qardaşına yardımçı olarsa, dünya və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda möminə yardım etməyi boşlayanı Allah dünya və axirətdə boşlayar». («Səvabul-əmmal», səh-147.)
İslam Peyğəmbəri (s) buyurur: Allah-Taala buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu görüb, gücü çatdığı halda ona yardım etməyəndən də intiqam alacağam». («Kənzul-əmmal», 7641.)


4351 بازدید
در حال ارسال اطلاعات...