Ya Əli (ə), əgər bir xəstəliyə düçar olsan, istiğfar et...
Həzrət Əli (ə) buyurmuşdur:
-Peyğəmbər (s) həzrətləri məni yanına çağırıb buyurdu:
“Ya Əli (ə), əgər bir xəstəliyə düçar olsan, istiğfar et (yəni: “Əstəğfirullahə Rəbbi və ətubu iləyh”-de), mənə salavat de və belə de:
سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَکْبَرُ وَ لاَ حَوْلَ وَلاَ قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ
Oxunuşu: Subhanəllahi vəl-həmdu lillah, və la ilahə illəllah, vəllahu əkbər, və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim.
Tərcüməsi: Allah hər bir nöqsandan uzaqdır, həmd və sənalar bütünlüklə Ona məxsusdur, Ondan başqa məbud yoxdur, O, Onu vəsf edənlərin vəsfindən böyükdür və uca və əzəmətli Allahdan başqa heç bir (şeydən) qorxu və qüvvə yoxdur.”
Sonra “Tövhid” surəsini çoxlu oxu, çünki bu surə “Quran”ın nurudur və “Ayətul-kürsü”nü oxu ki, onun hər hərfində min bərəkət və min rəhmət var.” (“Dəəvat”, səh.84.)