Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2017

NEMƏTLƏR MÜQABİLİNDƏ VƏZİFƏLƏR

Əgər insan bu nemətlər haqqında ətraflı düşünərsə bir an olsun belə Allahı yaddan çıxarmaz
Fitrətən pak olan insanlar ən kiçik yaxşılığı belə unutmur, daim bunun əvəzini çıxmağa çalışırlar. Bəs necə olur ki, kiçik yaxşılığı unutmayan insan Allah-təalanın misilsiz nemətlərinə qarşı diqqətsizlik göstərir? Əgər insan bu nemətlər haqqında ətraflı düşünərsə bir an olsun belə Allahı yaddan çıxarmaz. Əgər insan bilsə ki, Allahın göstərişləri ‒ namaz, oruc və s. yalnız insanın xoşbəxtliyi, kamilləşməsi üçündür, bütün bu göstərişlərə həvəslə əməl edər. Bu mövzuda yetərincə düşünən insanın əxlaqi göstərişlərə əməl etməsi üçün şərait yaranır.
İmam Sadiq (ə) buyurur ki, Allahın öz həqiqi dinini tanıtdırdığı, hidayət etdiyi, nemətləri tanıması üçün elm və hikmət verdiyi şəxs Allaha şükr etməlidir.
İmam Sadiq (ə) üç əxlaqi fəzilətə diqqəti yönəldir. Kamilliyə çatmaq istəyən insan üçün bu fəzilətlərin müstəsna əhəmiyyəti vardır.
Birinci fəzilət şükr etmə və haqtanıma ruhiyyəsinin qüvvətləndirilməsidir.
İkinci, insan daim Allahı xatırlamalıdır.
Üçüncüsü, insan nemət sahibinə müti olub günaha yol verməməlidir.
Sonra İmam (ə) bu sifətlərə yiyələnməyin yollarını göstərir: «İnsan əta olunmuş nemətlər haqqında düşünməlidir; dünyaya gəlməzdən əvvəlki nemətlər, dünya nemətləri, vəd olunmuş axirət nemətləri. Axirət nemətlərinə çatmaq üçün ilahi göstərişlərə itaət etmək lazımdır və bu vəzifələr ağır deyil. Bu göstərişlər o qədər sadədir ki, onlara hamı əməl edə bilər. Hətta qarşıya xüsusi çətinliklər çıxdığı zaman bu sadə vəzifələr də insanın öhdəsindən götürülür». Dində sizin üçün heç bir çətinlik yeri qoymadı.» («Həcc» surəsi, ayə 78.)
Allah ən yüngül vəzifələrin icrasında da insanı tək qoymur. Allah onu köməyə çağıranlara yardım vəd edir. Bununla belə insan naşükürlük edir. «Həqiqətən, insan zalım və nankordur». («İbrahim» surəsi, ayə 34.) İnsan Allahı unutduracaq səvəyyədə dünya həvəslərinə uymuşdur. Dildə kamilliyə çatmaq istəyini izhar etsə də əməldə dünyaya qatılıb, ilahi göstərişlərə asilik göstərir.


5103 بازدید
در حال ارسال اطلاعات...