O duaya görə sənin bədəninə heç vaxt qılınc təsir etməyəcək.

Qədim zamanlarda Bəsrə şəhərində Bürqeyi adlı bir şəxs qaçaq-quldur və dinsiz dəstələri başına toplayaraq qiyam etdi. Onun adamları ətraf şəhərlərə hücum edir, xalqın canına, malına və namusuna rəhm etmirdi. Onlar bir gün Bəsrə əhalisindən olan şiə bir qızı əsir etdilər və onun namusuna təcavüz etmək istəyirdilər. Bürqeyi öz adamlarını bu işdən çəkindirmədi. Gənc qız vəziyyəti belə görəndə Bürqeyiyə dedi: - Ey hökmdar, məni bunların əlindən qurtarsan sənə elə bir dua öyrədəcəyəm ki, o duaya görə sənin bədəninə heç vaxt qılınc təsir etməyəcək.
Bürqeyi dedi: - O duanı mənə öyrət.
Gənc şiə qız dedi: - Sən əvvəl o duanın təsirini yoxla. Qılıncını götür və var gücünlə mənim üzərimdə yoxla. Əgər qılınc məni kəsməsə, onda duanın düzgünlüyünə əmin olacaqsan.
Bürqeyi yerindən qalxdı və qılıncını götürüb var gücü ilə qızın bədəninə endirdi. Qılınc gənc qıza dəyib onu kəsdi və qız şəhid oldu.
Bürqeyi öz əməlindən peşman oldu və başa düşdü ki, qızın məqsədi öz iffətini qorumaq olmuşdur.
Qaynaq: “Dastanha və pəndhayi ibrətəngiz”, səh. 56.
Hazırladı: Seyid Zahir