Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2017

Nuh (ə) düzəltdiyi kuzələri nə üçün sındırmaq istəmədi?

Ey Nuh! Allah Taala buyurur ki, düzəltdiyin kuzələri sındır.
Nuh peyğəməbərin adı Əbdülğəffar olmuşdur. Yer üzünü su basdığı və məxluqatı suda qərq edən tufan hadisəsindən sonra müqərrəb mələk Cəbrail, həzrət Nuha (ə) nazil olub dedi: - Bir neçə vaxt bundan öncə sənin işin nəccarlıq idi. İndi isə kuzə düzəlt.
Nuh peyğəmbər çoxlu kuzə düzəltdi. Bir gün Cəbrail yenə nazil olub dedi: - Ey Nuh! Allah Taala buyurur ki, düzəltdiyin kuzələri sındır.
Həzrət Nuh (ə) kuzələri yerə vurub sındırdı. Ancaq onları yerə yavaşca vurur, bəzilərini də sındırmağa ürəyi gəlmədiyi halda (ikrahla) sındırırdı.
Onun hərəkətlərinə diqqət edən Cəbrail dedi: - Ey Nuh! Kuzələri sındırmağa nə üçün ürəyin gəlmir?
Nuh (ə) dedi: Zəhmət çəkib hazırladığım bir şeyi sındırmağa ürəyim gəlmir.
Cəbrail dedi: - Bu kuzələrin heç birinin nə canı var, nə atası, nə anası, nə övladı... Su və palçığı da Allahındır. Sən yalnız zəhmət çəkdiyin cansız bir şeyi sındırmaq istəmirsən. Bəs, Allahın yaratdığı canlı, atalı-analı, övladlı... məxluqu nifrin edib onların həlak olmağına necə ürəyin gəldi?
Bundan sonra o çoxlu ağladı və Nuh (növhə deyən, matəm saxlayıb ucadan ağlayan) ləqəbi ilə tanındı.

Qaynaq: Səbzivari, İsmayıl; “Cameul-nureyn”, səh. 122.
Hazırladı: Seyid Zahir


4470 بازدید
در حال ارسال اطلاعات...