Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2017

Əhd edirəm ki, bundan sonra doyunca yemərəm

Mən də Allahla əhd bağlayıram Onunla görüşənədək heç bir kəsə nəsihət etməyəcəyəm
İmam Rza (ə) öz ata-babasından Yəhya ibn Zəkəriyyə (ə) ilə şeytanın danışığı barədə hədis nəql etmişdir. Hədisdə deyilir:
Şeytan, Adəm (ə) peyğəmbərin dövründən İsa ibn Məryəmin (ə) dövrünə qədər ardıcıl olaraq peyğəmbərlərin yanına get-gəl edirdi. O, hamıdan çox həzrət Yəhyanı (ə) incidirdi. Bir gün Yəhya (ə) şeytana dedi: - İndiyə qədər mənə güc gəlib qələbə çalmısanmı?
Şeytan cavab verdi: - Xeyr. Lakin səndə olan bir xasiyyəti mən çox sevirəm.
Həzrət Yəhya (ə) soruşdu: - O, hansı xasiyyətidir?
Şeytan dedi: - Doyunca yemək yeyirsən və bu da sənin bəzi namazlarına, gecə səhərə qədər tamamilə oyaq qalıb ibadətlə məşğul olmağına mane olur.
Yəhya (ə) bu sözü eşidəndən sonra dedi: - Mən elə bu andan Allahla əhd bağlayıram ki, Onunla görüşənə qədər doyunca yemək yeməyim.
Şeytan da dedi: - Mən də Allahla əhd bağlayıram Onunla görüşənədək heç bir kəsə nəsihət etməyəcəyəm.

Qaynaq: “Dastani-peyambəran”, səh. 565. (Şeyx Tusinin “Əmali” kitabından nəql olunmuşdur)


3333 بازدید
در حال ارسال اطلاعات...