Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2017

Bu gün südlü aş yeyəcəksən

Mən bu gün südlü aş yeməyəcəyəm.
Bir gün həzrət Əlinin (ə) əsas müxaliflərindən biri dedi: - Ey Əli, əgər sən (özünün imam olduğunu) doğru deyirsənsə, de görüm, mən bu gün nahar nə yeyəcəyəm?
Həzrət buyrudu: - Südlü aş.
O dedi: - Mən bu gün südlü aş yeməyəcəyəm.
O, evinə qayıtdı. Gördü ki, evdə südlü aş bişiriblər. Anasının evinə getdi. Gördü orda da nahara südlü aşdır. Südlü aş yeməmək və həzrət Əlinin (ə) sözünün doğru çıxmayacağını sübut etmək üçün şəhərdən çıxıb səhraya getdi. Oradan bir karvan keçirdi. Karvana qoşulub onların yeməyindən yemək istədi. Ona dedilər ki, bizimlə nahar etmək istəyirsənsə, yemək bişirməkdə bizə kömək etməlisən. O, yemək hazırlanan vaxt başa düşdü ki, yemək südlü aş olacaq. Yavaşca, evinə tərəf qaçmaq istədi, ancaq karvanın adamları ondan şübhələndilər və elə fikirləşdilər ki, onların yeməyinə zəhər töküb. Dedilər ki, yeməkdən birinci sən yeməlisən. Lakin o, inad göstərib yemək istəmədi. Ona görə də karvanın adamları onu əməlli-başlı döydülər, sonra da ona südlü aşdan yedirtdilər.
İmam Əlinin (ə) düşməni evinə qayıdanda yenə imamla rastlaşdı.
İmam ona buyurdu: - Nahara nə yedin?
O dedi: - Hər nə yesəm də südlü aş yemədim.
İmam buyurdu: - Sən həm südlü aş yedin, həm də şillə-təpik. Əvvəldən mənim sözümə inansaydın, şillə-təpiyi nahardan qabaq yeməzdin.

Qaynaq: Müstədrəkül-vəsail, c, 1, səh. 162.
Hazırladı: Seyid Zahir


3263 بازدید
در حال ارسال اطلاعات...