Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2017

ZİKR, YƏNİ MƏŞUQLA HƏMSÖHBƏT OLMAQ

“Zikr sevənlərin ləzzətidir”
Allah zikrinin mərhələləri var. Biz insanlar hamımız bir həddə və bir mərhələdə deyilik. Bizim dərəcələrimiz müxtəlifdir. Bəziləri ruhi baxımdan yüksək dərəcədədirlər. Misal üçün, övliyalar, peyğəmbərlər, saleh insanlar, ürək və məna adamları. Bəziləri də o səviyyələrə malik olmayan mənim kimi və bizim kimilərdir. O səviyyələrdə nələr olduğundan bizim bəzilərimizin xəbərimiz də yoxdur. Bizim hamımız üçün zikr var - həm onlar üçün var, həm bizim üçün var. Zikr onlar üçün Əmirəlmömininin (ə) hədisində göstəriləndir: “Zikr məşuqla həmsöhbət olmaqdır”. ("Qürər əl-hikəm", səh. 189) Bu, övliyalar üçündür. Onlar üçün zikrin ləzzəti həmsöhbət olmağın ləzzəti kimidir. Əmirəlmöminin (ə) başqa bir hədisdə buyurur: “Zikr sevənlərin ləzzətidir”. ("Qürər əl-hikəm", səh. 189) Zikr aşiqlərin, sevənlərin ləzzətidir.


4155 بازدید
در حال ارسال اطلاعات...