Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2017

DÜZGÜN YOL SEÇİMİ VƏ İLAHİ KÖMƏK

Hər kəs Onun yolunu seçərsə, Allah ona kömək edər
“Sən öz yaxşılığınla düzgün yola hidayət edib, möhkəmləndirirsən”. 

Əgər bir şəxs haqq və savab yolunu adlamaq üçün tövfiq taparsa, bu əslində Allahın ona bir minnəti və bu yolda köməklikdir. Duanın bu cümləsi bildirir ki, insan pis və yaxşı yolu seçmək üçün azad yaradılsa da, əgər düzgün yolu seçirsə, bu, Allahın köməkliyi ilədir. 

Qüdsi hədisdə buyurulur: 

“Hər kəs Mənə bir addım yaxınlaşarsa, Mən ona iki addım yaxınlaşaram.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 87-ci cild, səh.190, 5-ci rəvayət.)

Bu Allah tərəfindən olan ikiqat lütfdür; hər kəs Onun yolunu seçərsə, Allah ona kömək edər.


4255 بازدید
در حال ارسال اطلاعات...