Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2017

DÜNYA MƏHƏBBƏTİNDƏN QURTULUŞ YOLU

Bəzi işlər bizim onlara əhəmiyyət verib-verməməyimizdən asılı olmayaraq həyatımızda dərin iz qoyur.
İbn-Mülcəmin zərbəsi ilə yaralandıqdan sonra Əmirəlmömininin (ə) imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən: «Sizi ilahi təqvaya çağırıram; dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin; əlinizdən alınan dünya matahına görə qəmlənməyin; həqiqəti söyləyin; (axirətə aid) mükafat üçün çalışın; sitəmkara düşmən, sitəm qılınana yardımçı olun.»

Əmirəlmömininin (ə) şəhadət yatağında bəyan olunmuş son vəsiyyəti mövcud ictimai zərurət baxımından İslam cəmiyyəti və müsəlmanlar üçün çox dəyərli nöqtələrə malik olmalıdır. Həzrətin buyuruqları zahirən çox sadə görünə bilər. Amma bilməliyik ki, uyğun buyuruqların olduqca həyati və mühüm təsirləri var. Əgər bu vəsiyyətlərə əməl etmiş olsaq, fərdi və ictimai xoşbəxtliyimizi təmin etmiş olarıq. Əlbəttə ki, uyğun vəsiyyətlərə arxa çevirsək bədbəxtliyə düçar olacağımız qaçılmazdır.
Bəzi işlər bizim onlara əhəmiyyət verib-verməməyimizdən asılı olmayaraq həyatımızda dərin iz qoyur. Məsələn, çox vaxt nəfəs aldığımız hava haqqında düşünmürük. Hansı ki, bir an nəfəs almasaq həyatımıza nöqtə qoyular. Amma havaya diqqət yetirməməyimiz onun əhəmiyyətini azaltmır. Biz ardıcıl şəkildə havadan istifadə edir, ondakı oksigendən faydalanırıq. Amma Əhli-beytin, o cümlədən həzrət Əmirəlmömininin (ə) buyuruqları hava kimi deyil. Əgər uyğun buyuruqlara diqqət yetirib əməl etməsək bədbəxtliklə üzləşəsiyik.


3818 بازدید
در حال ارسال اطلاعات...