Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2017

Biz oyun üçün yaradılmamışıq

Dünyanın nemətlərindən axirət üçün möhkəm azuqə topla.
Bəhlul deyir: İmam Həsən Əskərini (ə) uşaq olduğu bir vaxtlar gördüm. Bir dəstə uşaq oynayırdı, o isə uşaqlara qoşulub oynamır, narahat gözə dəyir və gözlərindən yaş axırdı. Elə fikirləşdim ki, onun da uşaqlar kimi oynamağa bir oyuncağı olmadığı üçün narahatdır. Ona yaxınlaşıb dedim:
- Əgər oyuncağın yoxdursa, mən sənin üçün onu tapım.
O, buyurdu: - Biz oyun üçün yaradılmamışıq.
- Bəs nə üçün yaranmışıq?
- Elm və ibadət üçün.
- Elm və ibadət üçün yaranmağımızı necə sübut edirsən?
- Allah Quranda buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”
- Xahiş edirəm, mənə nəsihət verin.
İmam nurani sima və mələkuti bir əhvalla çox gözəl və mənali bir şerlə mənə nəsihət etdi.

Şer(in məzmunu) belədir:
Dünyanı görürəm ki, (hər bir şeyi) qoyub getməyə hazırlaşır. Ayaqlarını götürərək sürətlə hərəkət edir. Nə dünya dirilər üçün əbədidir, nə də dirilər bu dünyada qalmayacaq. Ölüm və xoşagəlməz hadisələr dünyada hamını ötüb keçirlər və cavanların canını almaq üçün tələsirlər.
Bəs, ey dünyaya məğrur olmuş və aldanmış kəs, sakit ol! Dünyanın nemətlərindən axirət üçün möhkəm azuqə topla.


3218 بازدید
در حال ارسال اطلاعات...