Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2017

ALLAHA ÜMİD BARƏSİNDƏ HƏZRƏT ƏLİNİN (Ə) SÖZÜ

Allah qarşısında zirək o kəsdir ki, öz niyyətini xalis etsin və Allaha qarşı sədaqətli olsun.
İnsan başqa insana hansı işlərdə ümidvar ola bilər? Adətən, insan başqa insana çox cüzi və kiçik işlərdə ümid edir. İnsan hansısa bir insanın çətinliyinin aradan götürülməsində, onun üçün böyük bir iş görməkdə, ehtiyac zamanı onun həyasını qorumaqda, hətta təhlükə zamanı onun canını qoruyub bir müddət çox yaşamasında və sair işlərdə vasitə olarsa, yenə bütün bunlar məhduddur. Cavan bir tələbənin ömrünün ən gözəl illərini sərf edib aldığı diplom nə dərəcədə dəyərlidir? 100 milyon, 1 milyard, 100 milyard manat? Hər nə qədər böyük rəqəm olsa, yenə məhduddur. Bizim Allahdan istədiklərimiz isə əbədi və sonsuz bir həyatdır. Məgər biz belə bir istək və ümidə uyğun əməl edirikmi? Əgər ümidvarıqsa, nə üçün bunun təsiri əməllərimizdə görünmür? Demək, daha yaxşı olar ki, Allaha qarşı sadiq olaq və özümüzü aldatmayaq. Allah heç vaxt aldanmaz. Baxmayaraq ki, bəziləri Allahı aldadıb Ona hiylə gəlmək istəyir. Lakin onlar Allahın mütləq agahlığından xəbərsizdirlər: “Allahı və iman gətirənləri aldatmaq istəyənlər özlərindən başqasını aldatmırlar.” (“Bəqərə surəsi, ayə 9.)
Allah ilə sədaqətli olmalıyıq. Allaha qarşı zirəklik əslində fərsizlikdir. Allah qarşısında zirək o kəsdir ki, öz niyyətini xalis etsin və Allaha qarşı sədaqətli olsun.
İman adı altında öz nəfs istəklərimizə əsasən etdiyimiz işlər xalqı aldada bilər. Lakin Allah aldanmaz. Əgər indiyədək belə olmuşuqsa, səbəb niyyət və əməllərimizin xalis olmamasıdır. Əgər özümüzü dəyişmək istəyiriksə, tam çevrilməliyik; ümidimiz yalnız Allaha olmalıdır. Yoxsa Allah bizi uzaqlaşdırar. Bununla da bir-birimizdən asılı qalıb, biçarə olar və bir yerə çıxa bilmərik. Yalnız Allahın etibarlı güvənc yeri olduğunu və Ondan başqa kimə ümid bağlasaq naümid qalacağımızı bilməliyik.
İmam Sadiqdən (ə) olan bir rəvayətdə nəql olunur ki, Allah-təala buyurdu: «And olsun izzət və cəlalıma, ərş üzərində əzəmətimə, Məndən başqasına ümidvar olan kəsin ümidini məyusluğa çevirəcək, xalq qarşısında ona zillət libası geydirəcək, onu özümdən uzaqlaşdıracaq, vüsalıma qovuşdurmayacam. Müşküllər mənim əlimdə olduğu halda çətinliyə düşdükdə Məndən başqasınamı ümid bağlayır? Bağlı qapıların açarı mənim əlimdə olduğu halda başqalarınınmı qapısını döyür? Mənim qapım Məni çağıranların üzünə açıq deyilmi? Çətinliyə düşdüyü vaxt Mənə ümid bağlayıb ümidsiz qalmış bir kəs tapılarmı? Mühüm bir işdə Mənə üz tutub məhrum qalmış birini tapmaq olarmı?!» (Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 71-ci cild, səh.130, 7-ci rəvayət, 63-cü bab.)


3658 بازدید
در حال ارسال اطلاعات...