Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2017

Ümumdünya Əhli-beyt (ə) Assambleyası Şeyx Sərdarın həbsini pislədi

Həqiqətən, İslam dininin təbliğatçısı olan bir şəxsin cümə namazı qıldığı üçün həbs edilməsinə inanmaq mümkin deyil.
Ümumdünya Əhli-beyt (ə) Assambleyası Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, “maide.az” saytının baş redaktoru və namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib.

Ümumdünya Əhli-beyt (ə) Assambleyasının bəyanatında bildirilir: “Təccüb və heyrət icində mətbuatda Azərbaycan Respublikasının şiə ruhanilərindən Höccətül-İslam Şeyx Sərdar Hacıhəsənlinin Masallı şəhərində yüzlərlə insanın iştirakı ilə cümə namazı qıldığı üçün həbs olunduğunu müşahidə etdik.

Həqiqətən, İslam dininin təbliğatçısı olan bir şəxsin cümə namazı qıldığı üçün həbs edilməsinə inanmaq mümkin deyil. Azərbaycan Respublikasının qanunları insanlara cəm şəklində ibadət hüququ tanıdığı halda, Şeyx Sərdar cümə namazına görə həbs olunur. Cümə namazı ruhun yüksəlişi, qəlblərin günah və çirkinliklərdən təmizlənməsi üçün bir məkandır.

Cümə namazı müsəlmanlar arasında vəhdət və həmrəyliyin daha da inkişafına zəmin yaradır. Cümə namazı mərasimi təkcə ibadət üçün deyil, həm də İslam ölkələrində milli təhlükəsizliyin və gücün artması, İslamın əzəmət və qüdrətinin nişanəsidir. İndi bu məzlum ruhani bu vəziyyətdə hansı qanunu pozub?

Ümumdünya Əhli-beyt (ə) Assambleyası qeyri-hökumət təşkilatı olaraq Əhli-beyt (ə) ardıcılları və müsəlmanların hüquqlarının müdafiəçisi kimi qətiyyətlə inanır ki, Sərdar Hacıhəsənlinin həbsi əsassız və səhv, eləcə də, müsəlman Azərbaycan ölkəsinin milli-mənəvi dəyərlərinə hörmətsizlikdir.

Ümumdünya Əhli-beyt (ə) Assambleyası Azərbaycan Respublikası alimlərinə edilən təzyiqlərdən narahatlığını bildirir və bu ölkənin rəsmilərindən bütün islamçı məhbusların, xüsusilə cənab Şeyx Sərdar Hacıhəsənlinin tez bir zamanda sərbəst buraxılmasını istəyir. Bu xidmətçi və təvazökar ruhaninin Allah və Onun məxluqlarına xidmətdən başqa bir düşüncəsi yoxdur. O, həmişə Azərbaycan Respublikası müsəlman xalqı arasında birlik və vəhdətin carçısı, İslam dininin təşviqatçısı olub."


5091 بازدید
در حال ارسال اطلاعات...