Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2017

ƏHLİ-BEYT VİLAYƏTİ NƏ ZAMAN NİCATVERİCİDİR

İnsan öz mömin qardaşı haqqında yaxşı fikirdə olmalı, onu yol verdiyi günaha görə düşmən hesab etməməlidir
İmam Sadiq (ə) möminləri Əhli-beyt ardıcılları haqqında pis danışmaqdan çəkinməyə, hətta onların günahkarları haqqında yalnız yaxşı sözlər danışıb onların günahdan çəkinməsi üçün dua etməyə çağırır. Bu əxlaqi göstərişə əsasən möminlər günahkar din qardaşı ilə əlaqəni kəsib onu cəhənnəm əhli hesab etməməlidirlər. Günaha yol vermiş insanın imanı yerindədirsə onun tövbə edib bağışlanması üçün dua etmək lazımdır.
İnsan öz mömin qardaşı haqqında yaxşı fikirdə olmalı, onu yol verdiyi günaha görə düşmən hesab etməməlidir. Rəvayətdə buyurulur ki, Allah imanını qorumuş insanı dost tutur. Günahkarın özünü yox, onun yol verdiyi günahı düşmən bilir. Əksinə, imansız insan yaxşı bir iş görərsə Allah onun özünü yox, gördüyü işi dost tutur. Biz də öz növbəmizdə mömini dost, onun günahını düşmən bilməli və bu günahdan uzaqlaşması üçün dua etməliyik.
İmam Sadiq (ə) buyurur: «Hər kəs bizim sorağımıza gələrək düşmənlərimizin vilayətini inkar edib bizim vilayətimizi qəbul etsə bildiyini deyib, bilmədiyi şübhəli məsələlərdə sussa, bizim şəfaətimizə nail olub behiştə gedər».
İnsan soruşulan sualın cavabını bilmədikdə susmalı, cavab verməkdən çəkinməlidir. Elə insanlar var ki, heç bir dəlili olmadan təsdiq və ya inkar mövqeyində dayanıb. Mömin özündə cəsarət taparaq bilmədiyi şey haqqında soruşulduqda belə cavab verməlidir: «Bilmirəm. Bu sahədə daha çox biliyi olan mütəxəssisdən soruşun». Əksinə, bir mövzu haqqında kifayət qədər dəlili olanlar öz mövqelərində möhkəm dayanmalıdırlar.
Əhli-beyt vilayətinin xoşbəxtliyə təsiri mütləq, yoxsa nisbidir?
Bəziləri elə güman edir ki, Əhli-beyt vilayətini qəbul edən şəxs nə qədər günaha batsa da bağışlanacaq və bu vilayəti qəbul etməyənlər ‒ hətta ibadət etsələr də ‒ cəhənnəmə gedəcəklər. Onların fikrincə imamlar öz şiələrinə şəfaət edərək onların bütün günahlarını bağışladacaqlar. Doğrudanmı imam Hüseynin (ə) əzadarlıq mərasimində ağlamaqla bağışlanmaq olar? Belə düşünən insan günahdan çəkinərmi? Belə insan imaməti qəbul etməyənlərə bədbin olmazmı?
Əhli-beyt vilayətini qəbul etməyənlərin mütləq cəhənnəmə gedəcəyi haqqında rəvayətin doğruluğuna münasibət bildirmədən bəzi mühüm nöqtələrə nəzər salacağıq.


4361 بازدید
در حال ارسال اطلاعات...