Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2017

Ey Musa! Qəlbin həmişə təravətli qalsın

Mənim hüzurumda dayanarkən əllərini qaldıraraq qunut tut...
Mütəal Allah həzrət Musaya (ə) belə vəhy edib buyurur:

“Ey Musa! Məni qorxa-qorxa, acizanə və dərdli bir halda çağır. Üzünü torpağa sürt və ən yaxşı bədən üzvlərin ilə qarşımda səcdəyə qapan. Mənim hüzurumda dayanarkən əllərini qaldıraraq qunut tut və dua edən zaman Məni qorxa-qorxa çağır.
Ey Musa! Bu dünyada uzun-uzadı arzulara qapılma. Çünki bu sənin qəlbini daşlaşdırar, daş qəlbli insanlar isə Məndən uzaqdır. Qəlbin Mənim qorxumdan zəifləyib gücdən düşsə, paltarın köhnəlib yırtılsa da qəlbin təravətli və təzə qalsın. Bu dünyanın sakinlərinə yad, göylərin sakinlərinə isə doğma ol. Gecə ibadət etmək üçün oyaq qal, səbrli adamlar kimi Mənə itəat et, günahlarına görə qarşımda göz yaşı axıt, düşməndən qaçan şəxs kimi fəryad eylə və Məndən yardım istə. Çünki Mən ən yaxşı yardımçıyam”.


4134 بازدید
در حال ارسال اطلاعات...