Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2017

İmam Əlinin (ə) göyərçinlərlə danışması

Birdən imam Əlinin (ə) belə buyurduğunu eşitdim: “Ona inan, ona inan”.
Əmmar ibn Yasir deyir:
Mən Əmir əl-möminin (ə) ilə birlikdə Kufənin came məscidində idik. Bizdən başqa məsciddə heç kim yox idi. Birdən imam Əlinin (ə) belə buyurduğunu eşitdim:
“Ona inan, ona inan”.
Mən o tərəf, bu tərəfə baxdım, ancaq heç kəsi görmədikdə çox heyrətləndim.
Həzrət mənə buyurdu: - Ey Əmmar! Sanki özlüyündə mənim kiminlə danışdığımı düşünürsən.
Dedim: - Bəli, elədir.
Buyurdu: - Başını yuxarı qaldır.
Başımı yuxarı qaldırdım. Gördüm ki, iki göyərçin bir-biri ilə sanki söhbət edir.
İmam buyurdu: - Ey Əmmar! Onların nə dediyini bilirsənmi?
Dedim: - Xeyir, ya Əmir əl-möminin!
Buyurdu: - Dişi göyərçin erkək göyərçinə dedi ki, sən məndən başqasına könül vermisən və məndən uzaqlaşmısan. Erkək göyərçin də and içib dedi ki, belə deyil.
Dişi göyərçin onun sözlərinə inanmadığını dedi.
Erkək göyərçin də dedi ki, and olsun bu qiblədə olanın haqqına! Mən səndən başqasını sevmirəm.
Əmmar! Mən dişi göyərçinə dedim: Ona inan, ona inan.
İmamdan soruşdum: - Ey Əmir əl-möminin (ə)! Mən Süleyman ibn Davuddan başqa quşların dilini bilən bir kəsi tanımırdım. İmam buyurdu: - Ey Əmmar! Süleyman özü də Allahı biz Əhli-beytin haqqına and verərək ondan istədi ki, Allah quşların dilini ona öyrətsin.

Qaynaq: “Biharul-ənvar”, c. 42, səh. 56.
Hazırladı: Seyid Zahir


6649 بازدید
در حال ارسال اطلاعات...