Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2017

Əhli-Beytə (ə) məhəbbət mənim vücudumdadır!

Əgər dünyada bir arzu etmək istəsən, nə arzulayarsan?
İmam Kazimin (ə) səxavəti xalq arasında məşhur idi. Tarixçilərin yekdilliklə yazdıqlarına əsasən, imam Kazim (ə) bütün var-dövlətini, heç bir təşəkkür və minnətdarlığa ehtiyac duymadan Allah yolunda yoxsullara paylayırdı. İmam ehtiyaclı şəxslərə tanınmaz və məxfi şəkildə yardım edirdi ki, təşəkkür etdikləri zaman onu tanimasınlar. Elə buna görə də, gecələr və hava qaranlıq olduğu zaman yoxsulların yanına gedərdi. Ehtiyac sahibi ehsan edən şəxsin kim olmasını bilmədiyi və haradan gəldiyi haqda məlumatı olmadığı halda, imamın səxavətindən bəhrələnirdi. İki yüz və dörd yüz dinarlıq kisələri onlara sədəqə verirdi. Bu pul kisələri ağırlıqda və çoxluqda dillər əzbəri idi. Hətta, camaat arasında belə deyilirdi: “Musanın (ə) pul kisələrini alan şəxsin kasıblıqdan şikayət etməsi təəccüblü olar”.
Bir yoxsul kişi imam Kazimin (ə) yanına gəldi və yoxsulluqdan şikayətlənərək dedi:
- Əgər yüz dirhəmim olsaydı, onunla ticarət edərdim və kasıbçılıqdan yaxa qurtarardım. İmam gülərüzlüklə ona dedi:
- Mən səndən bir sual soruşacağam. Onun cavabını verə bilsən, istədiyin miqdardan on dəfə çox məbləği sənə verəcəyəm”.
- Soruşun.
- Əgər dünyada bir arzu etmək istəsən, nə arzulayarsan?”
- Arzu edərdim ki, Allah mənə kömək etsin ki, din qardaşlarıma yardım edə bilim və onların canlarını düşmənin təhlükəsindən qoruyum.
- Nə üçün bizimlə dostluğu arzu etmirsən?
- Bu dostluq və məhəbbət mənim vücudumdadır. Bu dostluğu mənim vücudumda qoyduğu üçün Allaha şükür edirəm. Ona görə də məndə olmayan bir şeyi arzu edirəm.
- Yaxşı cavab verdin. Əhsən sənə!
Sonra həzrət ona iki min dirhəm verib buyurdu: “Bu pul ilə fir (ona “mazu” və ya “mazı” də dеyirlər) alqı-satqısı et. Çünki o quru olur və az ziyan görür”.
Yoxsul kişi imamın dediyi kimi etdi və yaşayışı çox yaxşılaşdı.

Hazırladı: Seyid Zahir


4467 بازدید
در حال ارسال اطلاعات...