Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2016

İmam Əlinin (ə) Kumeylə möminlər barədə 7 nəsihəti

Mömin odur ki, bizim dediklərimizi desin. Hər kəs bizim dediklərimizdən uzaq gəzsə bizdən deyil
1. Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də möminlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.

2. Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, möminlərə kömək və xeyirxahlıq edir və yaxınları və qohumları ilə əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir.

3. Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə (səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.

4. Ey Kumeyl! Möminin ən gözəl zinəti təvazökarlıqdır, onun gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir, başıucalığı isə bihudə danışıqları tərk etməkdir.

5. Ey Kumeyl! Mömin möminin güzgüsüdür. Çünki, ona baxıb diqqət yetirir, çatışmazlıqlarını aradan aparır.

6. Ey Kumeyl! Möminlər qardaşdırlar və qardaşdan ötrü də qardaşından da dəyərli bir şey yoxdur.

7. Ey Kumeyl! Əgər qardaşını sevmirsənsə onun qardaşı deyilsən. Mömin odur ki, bizim dediklərimizi desin. Hər kəs bizim dediklərimizdən uzaq gəzsə bizdən deyil, hər kəs də bizdən olmasa Cəhənnəmin ən aşağı dərəcəsinə yuvarlanar.

Hazırladı: Seyid Zahir



4427 بازدید
در حال ارسال اطلاعات...