Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2016

Meyvə ağacı ək, onun meyvələrinin sayı qədər savab qazan!

“Ağac əkin, Allaha and olsun ki, insanlar ondan üstün və pak iş görməyiblər”.
Bəzən elə xeyir işlər vardır ki, o işi yerinə yetirən insanın əməl dəftəri həmişə, yəni o şəxs öləndən sonra da açıq qalır və etdiyi əməlin xeyirləri onun üçün yazılır. Ağac əkmək də belə xeyir-bərəkətli işlərdəndir. Bu haqda imam Sadiq (ə) buyurur: “Mömin vəfat etdikdən sonra altı şey ona qovuşar (yəni, ona fayda verər): 1. onun üçün bağışlanma diləyən övlad; 2. özündən yadigar qoyduğu Quran ki, ondan sonra oxunar; 3. əkdiyi ağac; 4. qazdığı quyu; 5. özündən sonra qoyduğu həmişə cari olan sədəqəsi; 6. gözəl adət ki, ölümündən sonra insanlar ona əməl edərlər”.
Bu xeyir əməllər arasında ən pak və üstün əməl ağac əkməkdir. Necə ki, imam Sadiq (ə) buyurur: “Ağac əkin, Allaha and olsun ki, insanlar ondan üstün və pak iş görməyiblər”.
Peyğəmbər (s) buyurmuşdur: “Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın”.
Peyğəmbər (s) buyurmuşdur: “Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onun üçün bir sədəqə yazılar”.
Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin”.
Peyğəmbər (s) buyurmuşdur: “Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar”.


5287 بازدید
در حال ارسال اطلاعات...