Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2016

DƏRK EDİLƏ BİLİNMƏYƏN SİRLƏR

«Uzağı və yaxını göstərmək üçün çırağ və rəhbər olanlara Allah rəhmət etsin».
Danışarkən dinləyicinin tutumu nəzərə alınmalıdır. Dinləyicinin dərk edə bilməyəcəyi bütün mətləblər «sirr» hesab olunur. Hər adamın yanında izharı mümkün olmayan tövhid, nübüvvət, vilayət maarifi də sirdir. Əgər bunu nəzərə almasaq insanlar yolunu azar, cəmiyyətdə ixtilaflar yaranar. Hər hansı ictimai-siyasi məsələ də sirr ola bilər.
İmam Hüseyndən (ə) sonra imamlar ömürlərinin böyük hissəsini təqiyyədə (əqidəni gizləmək halında) keçirdilər. Çünki mövcud hakimiyyət onların həqiqətini dərk etmək qüvvəsində deyildi. Həqiqət açıqlayan hər bir kəsi şəhadət gözləyirdi. Ona görə də məsum imamlar əvvəlcə hal əhlini tapır, sonra onun tutumunu yoxlayır, daha sonra onu tədricən həqiqətin qəbuluna hazırlayırdılar. Demək, ədalətsiz hakimiyyət qarşısında sirr saxlamaq vacib göstərişlərdəndir. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyuruğunda təbliğatda doğru yol gedənləri bəyənir, bu işdə Əhli-beyt sirrini açanlara xəbərdarlıq edir.
İmam Sadiqin (ə) dövründə məhdud sayda insan onun imamətini qəbul etmişdi. Əksəriyyət isə bu məqamdan xəbərsiz idi. Hətta imam övladları arasında imamət məsələsindən xəbərsiz olanlar vardı.
Bir rəvayətdə nəql olunur ki, İmam övladı olan həzrət Zeyd imam Baqirdən (ə) soruşur: «Sizdən sonra imam kim olacaq?». Rəvayətdən aydın olur ki, imamət məsələsi Əhli-beytə ən yaxın adamlar üçün belə sual doğurmuşdur.
İmam Sadiq (ə) buyurur: «Uzağı və yaxını göstərmək üçün çırağ və rəhbər olanlara Allah rəhmət etsin». Hədisdə «çırağ» ərəbcə «sirac»dan, «rəhbər» isə ərəbcə «mənar»dan tərcümə olunmuşdur. Sirac böyüklü-kiçikli bütün çırağlara aiddir. Amma mənarla yanaşı olduqda kiçik çıraq mənasını verir. Mənar isə hündür bir yerdə asılmış və yolçulara yol göstərən çox işıqlı bir çıraqdır. Minarə ona görə həm də mənar adlanır ki, qədimdə ən hündür nöqtəsində uzaqdan görünən çıraq bərkidilmiş yüksəkliyə minarə deyilərmiş. İnsanlar qaranlıqda bu minarələr vasitəsi ilə yolu taparmışlar. İmam (ə) öz buyuruğunda həm yaxında, həm də uzaqda olanlara doğru yol göstərənləri nəzərdə tutur.


3920 بازدید
در حال ارسال اطلاعات...