Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2016

Tövhid surəsini on bir dəfə oxuyun

Qul huvəllahu əhəd”i (Tövhid surəsini) 11 dəfə sübh namazını qıldıqdan sonra...
Ayətullah əl-üzma Vəhid Xorasaninin gənclərə əxlaqi tövsiyələrindən bir hissə

... Başqalarına da bunu sifariş edin; “Qul huvəllahu əhəd”i (Tövhid surəsini) 11 dəfə sübh namazını qıldıqdan sonra, 11 dəfə yatanda və 11 dəfə gün arasında bekar olduqda, yaxud yol gedərkən oxuyun. Siz gənclər indidən bunu başlayın. Sonra ruhunuz qırmızı iksirə dönəcək. Bir də görəcəksən ki, gecə olub və sən 100 dəfə “Qul huvəllahu əhəd” surəsini oxumusan. O zaman bu 100 surə neyləyəcək?!
Şiə və əhli-sünnədən nəql olan çoxlu sayda rəvayətlərə görə “Qul huvəllahu əhəd” surəsini bir dəfə oxumaq Tövrat, İncil, Zəbur və Quranın üçdə bir hissəsini oxumaq hesab olunur. Üç dəfə bu surəni oxusan, Allah Öz geniş rəhməti ilə Tövrat, İncil, Zəbur və Quranın (qiraətinin) savabını sənə verəcək.
Bu surəni oxuyun və elə bu gündən başlayın. Hamısını da hədiyyə edin İmam Zamana (əc). Oxuduqlarını İmam Zamana (əc) hədiyyə etməyinin faydası budur ki, surə (qəbul olunar) geri qaytarılmaz.

Hazırladı: Seyid Zahir


6788 بازدید
در حال ارسال اطلاعات...