Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2016

“Ən üstün əməl hansı əməldir?”

“Allah daha yaxşı bilir ki, risaləti kimə verir!”
Bir ərəb imam Hüseynə (ə) dedi: “Ey peyğəmbər övladı! Boynumda kamil bir diyə var və onu ödəməyə gücüm çatmır. Düşündüm ki, onu ən səxavətli insandan istəyim. Peyğəmbər əhli-beytindən səxavətlisini isə tanımıram.” Həzrət buyurdu: “Ey ərəb qardaş, səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən ehtiyacının üçdə birini, ikisinə cavab versən ehtiyacının üçdə ikisini, üçünə cavab versən bütün ehtiyacını ödəyəcəyəm.” Ərəb dedi: “Sənin kimi elm sahibi mənəmi sual verəcək?” Həzrət buyurdu: “Bəli, cəddim peyğəmbər buyurub ki, dəyər mərifət ölçüsündədir.” Ərəb dedi: “Soruş, bilsəm deyərəm, bilməsəm sizdən öyrənərəm. Güc və qüvvət yalnız Allah tərəfindəndir.” Həzrət buyurdu: “Ən üstün əməl hansı əməldir?” Ərəb dedi: “Allaha iman.” Həzrət soruşdu: “Təhlükədən qurtuluş yolu nədir?” Ərəb dedi: “Allaha təvəkkül.” Həzrət buyurdu: “Kişinin zinəti nədir?” Ərəb dedi: “Səbirlə müşayiət olunan bilik.” Həzrət buyurdu: “Bu olmasa?” Ərəb dedi: “Səxavətlə müşayiət olunan sərvət.” Həzrət buyurdu: “Bu olmasa?” Kişi dedi: “Səbirlə müşayiət olunan yoxsulluq.” Həzrət buyurdu: “Əgər bu da olmasa necə?” Ərəb dedi: “Göydən şimşək enib belə bir insanı yandırsın! O bundan başqa şeyə layiq deyil!” İmam gülümsündü və min dinarlıq bir pul kisəsini ona verdi. Barmağındakı iki yüz dirhəmlik üzüyünü ona əta edib buyurdu: “Ey ərəb! Min dinarı borclarına ver, üzüyü dolanışıq xərci üçün sat.” Ərəb verilənləri alıb dedi: “Allah daha yaxşı bilir ki, risaləti kimə verir!” (“Cameul-əxbar”, 137)


3789 بازدید
در حال ارسال اطلاعات...