
Əhli-beytin (ə) xüsusilə də İmam Hüseynin (ə) əzadarlığında iştirak etmək, onlara matəm saxlamaq, onlara olan zülmlərə görə qəmlənmək barədə dəyərli hədislər vardır. Lakin qeyd edəcəyimiz hədis Əhli-Beytə (ə) əzadarlıq etməyin əzəmətinin hansı həddə olduğunu göstərir.
İmam Sadiq (ə) Əhli-Beytə (ə) qarşı olunmuş zülmə görə qəmlənməyin savabı barədə buyurur:
“Bizə yetişən zülmə görə qəmli olan kimsənin nəfəs çəkməyi təsbih və bizə görə kədərlənməyi ibadətdir. Bizim sirrimizi gizlətmək, Allah yolunda cihaddır”. İmam Sadiq (ə) sonra buyurdu: “Bu hədisin qızılla yazılması vacibdir”. (Əmali Mufid, səh. 338)