Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

Qərib adam

Çarəsiz bir qadın su ilə dolu səhəng belində çətinliklə evinə doğru hərəkət edirdi. Yolda qərib bir adam onunla rastlaşır və su səhəngini ondan alıb kömək edir. Qadının körpə uşaqları evdə onun yolunu gözləyirdilər. Evə çatırlar və uşaqlar evin qapısını açırlar. Məsum uşaqlar anası ilə birlikdə bir qəribəni su səhəngini gətirdiyini gördülər. Qəribə kişi səhəngi yerə qoyub qadından soruşdu: “Məlumdur ki, həyat yoldaşın yoxdur və ona görə də su gətirməyə özün gedirsən. Necə olub ki, həyat yoldaşını itirmisən?”
Həyat yoldaşım əsgər idi. Əli ibn Əbu Talib onu sərhədlərin birinə yolladı və orada da öldü. İndi mən və bir neçə uşaq belə qalmışıq.
Qəribə kişi bu sözləri eşitdikdən sonra heç nə demədi. Başını aşağı salıb xudahafizləşib getdi. Amma həmin gündən o qadın və uşaqları zehnindən çıxmırdı, gecəni rahat yata bilmirdi.
Sübh vaxtı zənbili götürüb bir az ərzaq, ət, un və xurma qoyub o qadının evinə tərəf gedib qapılarını döyür.
-Kimdir?
-Suyu aparmağa sənə kömək edən həmin Allah bəndəsiyəm. Uşaqlar üçün bir az ərzaq gətirmişm.
-Allah səndən razı olsun. Bizimlə Əli ibn Əbu Talib arasında Allah özü qəzavət etsin.
Qapı açıldı və qəribə kişi evə daxil oldu. Sonra dedi: “Ürəyim istəyir ki, savab iş görüm, əgər icazə versən xəmir edib çörək bişirim və ya uşaqları saxlayım.”
-Çox yaxşı, xəmir edib çörək bişirməyi özüm yaxşı bacarıram, sən yaxşı olar ki, uşaqları saxlayasan.
Qadın xəmir etmək üçün getdi. Qəribə kişi dərhal bir az ət kababı edib uşaqlara öz əlləri ilə yedizdirdi. Hər birinin ağzına bir tikə qoyanda deyirdi: “Övladım, Əli ibn Əbu Talibi, əgər sizə baxa bilməyibsə halal edin.”
Xəmir hazır olur və qadın onu çağırır: Ey Allah bəndəsi, təndiri alışdır.
Qəribə kişi gedib təndiri yandırdı. Təndirin alovu şölələnir, üzünü alova tərəf yaxınlaşdırıb öz özünə dedi: “Alovun istiliyini hiss et, o kəslər ki, yetimləri və ərsiz qadınları yaddan çıxarar, onlar üçün Allahın əzabı budur.”
Elə bu vaxt qonşu qadınlardan biri onların evinə gəlir və qəribə kişini görüb tanıyır. Ev sahibi olan qadına dedi: “Vay sənin halına, sənə kömək edən kişini tanımırsan? Bu Əmirəlmöminin Əli ibn Əbu Talibdir (ə).”
Çarəsiz qalan qadın irəli gəlib dedi: “Gördüyüm işdən xəcalət çəkirəm, sizdən üzr istəyirəm.”
-Əksinə, mən sizdən üzr istəyirəm ki, sizə baxa bilməmişəm.” (Biharul-ənvar, 597/7, 103-cü bab).

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5443 بازدید
در حال ارسال اطلاعات...