Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2016

Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlaması

"Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər"
Təqlid mərcələrindən olan Ayətullah Şeyx Bəşir Nəcəfi Elmi Hövzənin tələbələri qarşısında çıxışında Əhli-Beytə (ə) sevginin təsiri haqqında gözəl bir məsələyə toxunub və özünün araşdırmalarından gəldiyi nəticəni açıqlayıb: "Neçə il idi ki, "Zümər" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. "Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər". (“Zümər” surəsi, ayə 73). Başqa sözlə, möminləri çənnətə tərəf çəkib apararlar. Özümdən soruşdum: nə üçün möminləri "cənnətə tərəf çəkərlər" ifadəsi işlənilmişdir? Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm. Rəvayətdə İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”.
Bu, möminlərin ürəyində İmam Hüseyn (ə) sevgisinin gözəlliyinin əlamətidir.


4196 بازدید
در حال ارسال اطلاعات...