Qədir-Xum bayramı Kamil insan və adil İmamın, imamətə seçilməsinin bayramıdır.
Mövləl-müvəhhidin, İmamul-muttəqin, Əmirəlmöminin, həzrət Əlinin (ə) vilayətə nəsb olması, vilayət toxumunun canlarda əkilmək günü, ən böyük bayram və "Allahu əkbər" günüdür. Qədir günü, tarixin, Əli (ə) eşqinin odunu düşüncələrə salıb, ürəklərdə umud və arzu yaradan, parlaq günlərindəndir. Doğrudan, "Mühəqqiq İsfahani" (mərhum hac şeyx Məhəmməd Hüseyn Qərəvi), "Ələnvarul-qudsiyyə"də, nə gözəl demişdir:
İdul-qədiri ə’zəmul-ə’yadi kəm fihi lillahi minəl-əyadi
əkmilu fihi dinəhul-mubina summər-təzəl-islamə fihi dina
«Qədir bayramı, bayramların ən əzəmətlisidir. Tanrının o gündə əlləri var. Allah O gündə dinini mükəmməl etdi. Və bu dinin bəşər dini olduğuna razı oldu.»
Bu gün İslamın önəmli tarixi bir olayı xatırladır. Şiələr bu günü nəzirəsiz təntənə ilə bayram edərək, şadlıq edərlər. Habelə bayramların müstəhəb əməllərini yerinə yetirərlər.