13 Sentyabr 2016
DÜNYADAN QURTULUŞ
Əmirəlmöminin imam Əlinin (ə) nəsihətlərindən...

Əmirəlmöminin imam Əli (ə) övladlarına buyurur:
«(Lənətə gəlmiş İbn Mülcəm həzrət Əlini (ə) qılınc zərbəsi ilə vurduğu vaxt Əmirəlmömininin (ə) övladları imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən)» «Rəhman və Rəhim Allahın adı ilə. Sizə Allah qarşısında təqvalı olmağı tapşırıram. Dünya sizin ardınızca qaçsa da, onun ardınca getməyin. Dünyaya aid bir şey sizlərdən alınsa qəmlənməyin. Həqiqəti söyləyin. (Axirətə aid) mükafat üçün səy göstərin. Sitəmkara düşmən, sitəmə düçar olmuşa yardımçı olun.»