Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2016

Beş nəfər şeytanın çarəsini kəsib

Şeytan deyib: Beş nəfər mənim çarəmi kəsmişdir.
Həzrət İmam Sadiq (ə) buyurur: Şeytan deyib: Beş nəfər mənim çarəmi kəsmişdir. Onlardan başqa hamı mənim əlimdədir:

1. Sadiq və düzgün niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər.

2. Gecə-güdüz çoxlu zikr deyənlər.

3. Özü üçün istədiyi hər bir şeyi mömin qardaşından ötrü də istəyənlər.

4. Müsibət zamanı səbr edənlər.

5. Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.

Mənbə:
“Biharul-ənvar”, c. 63, səh. 248.
“Rövzətul-vaizin”, c. 2, səh. 387.
“Cameu əhadisu şiə”, c. 14, səh. 144.


5497 بازدید
در حال ارسال اطلاعات...