Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2016

Behişt əhlindən bir şəxs

Əgər dünyadan getsən, Peyğəmbər (s), Əli, Həsən, Hüseyn və Əli ibn Hüseynlə görüşərsən, qəlbin şad olar, gözünə işıq gələr
Həkəm ibn Üteybə deyir: İmam Məhəmməd Baqirin (ə) hüzurunda olduğum vaxt bir qoca kişi daxil olub salam verdi və susdu. Həzrət onun salamını aldı. Kişi oradakılara üz tutub salamlaşdı. Ətrafdakılar onun salamını aldılar. Sonra kişi imama müraciətlə dedi: “And olsun Allaha, mən sizin aşiqinizəm.” Sonra əlavə etdi: “Sizin dostlarınızı da sevirəm.” Bildirdi ki, Əhli-beyt dostlarına sevgi, Əhli-beyt (ə) düşmənlərinə nifrətinin səbəbi nəfs istəkləri yox, Allaha yaxınlaşmaq arzusudur. Sonra dedi: “Sənə fəda olum, belə bir vəziyyətlə qurtuluşa ümid varmı?” Həzrət buyurdu: “Yaxına gəl.” Həzrət onu öz yanında əyləşdirdi. Sonra buyurdu: “Ey qoca! Bir şəxs atam Əli ibn Hüseynin (ə) yanına gəlib sənin sualınla müraciət etdi. Atam buyurdu: “Əgər dünyadan getsən, Peyğəmbər (s), Əli, Həsən, Hüseyn və Əli ibn Hüseynlə görüşərsən, qəlbin şad olar, gözünə işıq gələr. Canın qalxıb boğazına çatarkən şad və xürrəm halda ölümün görüşünə gedərsən. Sağ qalsan şahid olduğun, gözünə işıq gətirər. Sən bizimlə ən üstün məqamda olacaqsan.” Qoca deyilənlərdən tə’sirlənib uca səslə ağladı. Ətrafdakılar da ona qoşuldu. İmam əlini uzadıb qocanın çöhrəsindən göz yaşını sildi. Kişi başını qaldırıb həzrətə dedi: “Ey peyğəmbər oğlu! Sənə fəda olum, əlinizi mənə verin.” Həzrət əlini ona verdi. O imamın əlini öpüb gözü üstə qoydu, sonra xudahafizləşib getdi. Həzrət onun arxasınca baxıb ətrafdakılara buyurdu: “Kim behişt əhlini görmək istəyirsə, bu kişiyə baxsın.” (“Kafi”, 8-76)


3744 بازدید
در حال ارسال اطلاعات...